İSTİ XƏBƏRLƏR
168saat.com » Dünya » Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi

Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi


National Geographic Travel Photographer of the Year müsabiqəsi yekunlaşdı


National Geographic jurnalı dünyada ən çox diqqətçəkən foto müsabiqələrindən biri hesab edilən National Geographic Travel Photographer of the Year müsabiqəsinə yekun vurmuşdur.

"168 saat" Novosti.ru portalına istinadən məlumat verir ki, baş mükafatı qazanan fotonun müəllifi 7,5 milyon dollar, habelə jurnalın rəsmi instaqram akkauntunda dərc olunmaq hüququ qazanmışdır.

"Təbiət", "İnsanlar" və "Şəhərlər" kateqoriyasında 1-ci yeri tutan fotoların müəllifinin hər biri 2,5 min dollar qazanmışdır.

7 həftə ərzində dünyanın 41 ölkəsinin həm peşəkar, həm həvəskar fotoqrafları şərtlərə uyğun olaraq son 2 ildə yalnız rəqəmsal kamera ilə çəkilən fotolarını göndərmişlər ki, juri ən yaxşılarını seçə bilsin.

Bu sayımızda sizə "Şəhərlər"  kateqoriyasında ilk 3 yeri tutmuş fotoları təqdim edəcəyik.




"Şəhərlər" kateqoriyası

"Qran-Pri" və 1-ci yer.

"Qrenland qışı"

Müəllif: Veymin Çu

Foto Qrenlandiyanın Qərbindəki eyni zamanda bələdiyyə paytaxtı olan kiçik balıqçı qəsəbəsində çəkilib. Burada qədim Qrenland ənənəsinə uyğun hər bir ev bir fərqli rəngdə rənglənib.  Məsələn, balıqçıların evi göydür. Mağazalarsa qırmızıdır.

Veymin Çu yerli sakinlərin həyatını çəkmək üçün düz üç ay Qrenlandiyada yaşamışdır. Görürsünüzmü, onun fədakarlığı öz nəticəsini vermişdir. 

Həm bu kateqoriyada 1-ci olmuş, həm də Qran-prini qazanaraq üst-üstə 10 min dollara sahib olmuşdur.




"Şəhərlər" kateqoriyası

2-ci yer

"Aviasiya əsri"

Müəllif: Djeysen Todorov.

Foto San-Fransisko aeroportunda çəkilib, 4 uçuş-enmə zolağı quş uçuşu məsafəsindən çəkilib ki, bu da hava limanının tarixində çox az rast gəlinən bir hadisədir. Todorov uzun illər aeroportun üzərində uçaraq şəkil çəkməyə icazə istəmiş, böyük çətinliklə buna nail olmuşdu. Kiçik idman təyyarəsi ilə uçuş son anda havanın kəskin dəyişməsi səbəbindən ləğv olunmaq təhlükəsi ilə üzləşsə də o, hər halda uçuşu həyata keçirib arzusunu reallaşdıra bilmişdir.




"Şəhərlər" kateqoriyası

3-ci yer

"Dəkkənin küçələri"

Müəllif: Amir Zaxa

Müsəlmanlar Dəkkə şəhərinin küçələrində namaz qılırlar. Bu ecazkar mənzərə Banqladeşin paytaxtında hər il keçirilən müsəlmanların Bişva ictim qurultayında lentə alınıb. Insanlar yolları tutduqlarından, gördüyünüz kimi, nəqliyyatın hərəkəti də dayanıb.


Nərmin MÜŞFİQZADƏ

Rəy bildir +
Oxşar xəbərlər
Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi
15:1520 iyun

Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi

National Geographic jurnalı dünyada ən çox diqqətçəkən foto müsabiqələrindən biri hesab edilən National Geographic Travel Photographer of the Year müsabiqəsinə yekun vurmuşdur.

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu illərdi tanıyıram, şəxsinə həddən ziyadə hörmət və rəğbətim var. Olduqca maraqlı, eyni zamanda yaradıcı bir insandır. Daim axtarışdadır. "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu insana artıq

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Formula 1 Azərbaycana nə verir?
11:1523 aprel

Formula 1 Azərbaycana nə verir?

Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq xeyli təcrübə qazanmış Azərbaycan bir neçə gün sonra daha bir idman yarışına evsahibliyi edəcək.