İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir

STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir

Azərbaycanın ən böyük iş yerlərindən birinə sahib olan Sumqayıt Texnologiyalar Parkı minlərlə insan üçün iş imkanı yaradır. Sumqayıt üzrə ən yüksək orta aylıq əməkhaqqı göstəricisinə malik Texnopark əmək bazarında böyük maraqla izlənilir.
Bu da müəssisəyə bacarıqlı və təcrübəli kadrların cəlb olunmasına imkan yaradır. Bunlarla yanaşı STP yetişməkdə olan gələcək nəslin və istehsal sənayesinin inkişafı istiqamətində öz məsuliyyətini hiss edir və gənc mütəxəssislərin hazırlanması və inkişafında da əvəzsiz işlər həyata keçirir.
Belə ki, Texnopark 2019-cu ilin ilk 6 ayı ərzində tələbə-təcrübəçilərin istehsalat təcrübəsinin, öyrənmə prosesinin təşkil olunması məqsədi ilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edib. Əməkdaşlıq hazırda da davam etməkdədir. Şirkətin fəaliyyət istiqamətlərinə müvafiq olaraq aidiyyəti sahələr üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili ölkəmizin gələcək işçi ehtiyatının böyüməsinə və gənclərin düzgün istiqamətdə inkişafına öz töhfəsini verməkdədir.
2019-cu ilin fevral-iyun aylarını əhatə edən layihədə ADA, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti kimi ali təhsil ocaqları başda olmaqla 7 adda təhsil müəssisəsindən ümumilikdə 104 nəfər tələbə STP-də istehsalat təcrübəsi keçib. Layihədə əsasən 4-cü kurs tələbələri iştirak edib. Onlar təcrübə müddətində iş prinsiplərini öyrənməklə yanaşı, korporativ mədəniyyət, təşkilati dəyərlər, əməyin təhlükəsizliyi, iş yerində davranış qaydaları kimi mühüm məlumatları da mənimsəyiblər. Layihə çərçivəsində fərqlənən 45 nəfər tələbəyə sertifikatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, bu cür təcrübə proqramları dövrü xarakterlidir və daim yeni tələbələrin hazırlanması ilə müşayiət olunmaqdadır. Hazırda isə 2019-cu ilin ikinci yarısını əhatə edən təcrübəçi proqramları davam etdirilir.
Əlavə olaraq STP öz fəaliyyətinə gənc, bacarıqlı və savadlı insanları cəlb etmək və onların iş prosesində inkişafını təşkil etmək üçün "Təlim-İş" təcrübə proqramı da həyata keçirməyə başlayıb. Bu təcrübə proqramına əsasən sonuncu kurs bakalavriat və magistratura tələbələri və təhsilini yeni başa vurmuş məzunlara STP-də çalışaraq öyrənmək, təcrübə qazanmaq və STP-də işləmək imkanı yaradır. Proqram 3-6 ay davam edir və şirkətin ofis və zavodlarının işçi tələbindən asılı olaraq müxtəlif vakansiyalar üzrə həyata keçirilir.
Qeyd edək ki, aprel ayında start verilən Təlim-İş layihəsinə yüzlərlə gənc müraciət etmişdi. Bu müraciətçilərin də içindən 50 nəfər seçilərək may ayında imtahana dəvət olunmuşdu. İmtahanların nəticəsinə uyğun olaraq Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetlərindən ümumilikdə 15 nəfər gənc STP-nin Konstruktor-Texnoloji, SƏTƏM və Keyfiyyətə Nəzarət departamentlərinə və Kabel Zavodu, Mexaniki Emal Zavodlarına işə götürülüblər.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt Texnologiyalar Parkı gənc mütəxəssislərin yetişməsinə önəm verir
14:5410 iyul

Sumqayıt Texnologiyalar Parkı gənc mütəxəssislərin yetişməsinə önəm verir

Sumqayıt Texnologiyalar Parkı (STP) bu ilin 6 ayında tələbə-təcrübəçilərin istehsalat təcrübəsinin, öyrənmə prosesinin təşkil olunması məqsədilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edib.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda