İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Lüdviqshafenlə əməkdaşlıq bizə nə qazandırır?

Lüdviqshafenlə əməkdaşlıq bizə nə qazandırır?



"Azərsu" SC-nin laboratoriyasının rəhbəri ilə söhbət


Bu gün "Azərsu" SC-nin laboratoriyasındayam. Bura laboratoriyanın rəhbəri Elçin Əliyevlə müsahibə üçün gəlmişəm. Həmsöhbətim Lüdviqshafen-Sumqayıt qardaşlaşmış şəhərlərin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak edir.

Elçin Əliyev ixtisasca kimyaçıdır. "Azərsu"dan öncə 15 ilədək xarici şirkətlərdə çalışıb, bir müddət Almaniyanın Ruhr Universitetində "İntas" proqramı çərçivəsində elmi fəaliyyətlə məşğul olub. 


Elçin Əliyev bildirir ki, GİZ Lüdviqshafen-Sumqayıt qardaşlaşmış şəhərlərin birgə əməkdaşlığına dəstək verir və "Azərsu" bu layihə çərçivəsində aparılan işlərdə iştirak edir. "Ancaq düşünürəm ki, bu layihədə faydalanan təkcə iki şəhər deyil, lokal miqyasda ölkəmiz, qlobal anlamda isə təbiətdir" - deyir E.Əliyev. Mütəxəssis vurğulayır ki, qarşılıqlı səfərlər, təşkil olunan təlimlər, seminarlar əməkdaşlarımız üçün olduqca faydalıdır. 

Ötən və cari ildə Almaniyanın sutəmizləyici qurğularının əməkdaşlarının ölkəmizə səfərləri, eləcə də "Azərsu" nun Mərkəzi Laboratoriyasının və digər qurumlarının Almaniyaya səfərləri olub, bu ölkənin mütəxəssisləri azərbaycanlı mütəxəssisləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar, praktik işlər nəzərdən keçirilib. Sitat: "Biz onların sutəmizləyici qurğuları ilə, sistemləri ilə tanış olduq. Şübhəsiz ki, alman texnologiyası, iş üsulu ilə viziual tanışlıq bizim üçün çox maraqlı və faydalıidi. Eyni zamanda, bu səfər çərçivəsində dünyaca məşhur beynəlxalq sərgi - "Achema 2018" - bu, kimya və laboratoriyalar sahəsində çalışan şirkətlər üçün böyük bir networkdur, - bu sərgidə də iştirak imkanı qazandıq. Burada çox yüksək texnologiyaları istehsal və tətbiq edən şirkətlərlə, eləcə də bizim laboratoriyalarda istifadə etdiyimiz avadanlıqların istehsalçısı olan şirkətlərlə görüşmək, dialoq aparmaq fürsəti qazandıq. Növbəti ayda isə alman tərəfdaşlarımız burada oldular və bizim əməkdaşlarımıza ikigünlük təlimlər keçdilər. Çox əhəmiyyətli, interaktiv, faydalı təlimlər olduğunu deməliyəm". 

Şübhəsiz, bu layihələr, təlimlər həm də mütəxəssislərin inkişafı baxımından faydalıdır. Elçin Əliyev bu məqamı da xüsusi olaraq qeyd edir: "Bu, mənim üçün də yaxşı bir təcrübədir. Xüsusilə Almaniyada, sutəmizləyici qurğu sistemləri ilə tanışlığı və "Achema 2018" sərgisini qeyd etmək istərdim. Səmimi desəm, mən bu nəhənglikdə sərgi görməmişdim. Çox istərdim ki, kolleqalarımla birgə yenidən belə bir sərgidə iştirak fürsəti əldə edək".

Həmsöhbətimiz alman mütəxəssislərin iştirakı ilə Bakıda təşkil olunan son seminarı da olduqca əhəmiyyətli hesab edir. 

Almaniyanın Lüdviqshafen şəhərinin tullantı suların emalı və analizləri laboratoriyasının mütəxəssisləri Kristan Keth və Kristina Weissin apardığı seminarların azərbaycanlı mütəxəssislərin iş peşəkarlığının artırılması baxımından faydalı olduğunu qeyd edən E.Əliyev təbiətə atılan çirkab suların təmizlənməsində bu tədbirlərin rolunu xüsusi olaraq qeyd edir: "İnfrastruktur, maddi-texniki baza yaxşı ola bilər. Ancaq mütəxəssis də işi keyfiyyətlə, peşəkarcasına yerinə yetirə bilməli, bunun üçün lazımı kompetensiyalara sahib olmalıdır."

E.Əliyev qeyd edir ki, regional laboratoriyaların qurulmasında alman mütəxəssislərin tövsiyələri dəyərlidir. 

Laboratoriya rəhbəri hesab edir ki, regionlardakı laboratoriyaların işinin təkmilləşdirilməsində, peşəkar kadrların hazırlanmasında layihə çox önəmli dəstək verir. 

Təlimlər zamanı tullantı sularının təmizləmə mexanizmi, qurğuların istismarı və laboratoriya analizləri barədə geniş nəzəri biliklər verilir, diskussiyalar aparılır. Məlumat xarakterli səfərlərdə Almaniyada mövcud olan sutəmizləyici qurğuların iş prinsipi, onların istismar müddəti və təmizlənmiş suyun keyfiyyəti barədə geniş məlumatlar verilir. Məsələn, Manhaym şəhərində tullantı suları yüksək standartlara cavab verən tullantı sutəmizləyici qurğuda təmizləndikdən sonra kömür filtrlərdən keçirilərək təhlükəsiz şəkildə Reyn çayına axıdılır. Səfər zamanı mütəxəssislər həmin qurğuda fəaliyyət göstərən və yüksək texniki təchizatla təmin olunmuş laboratoriyanın iş fəaliyyəti, strukturu, həmçinin tullantı sularının  standartları və testlər barədə məlumatlar alırlar. Almaniyada fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin kanalizasiya xətlərinə axıtdıqları tullantı sularının da tərkibinə ciddi nəzarət olunması praktikası ilə tanış olur və həmin sulardan götürülən nümunələr əsasında aparılan analizlərə əsasən, normativlərin tələblərini pozan müəssisələrə tətbiq olunan cərimələrlə bağlı təcrübə diqqətə çatdırılır.

E.Əliyevin fikrincə, bu layihə çərçivəsində əldə etdiyi biliklər praktik əhəmiyyət kəsb edir, çünki bu təlimlərdə laborator təhlillərin aparılması, tullantı sularının keyfiyyət  parametrləri, qeyri-müəyyənliklərin hesablanması və laboratoriyanın strukturunun tənzimlənməsi və s məsələlər barədə geniş məlumatlar əldə etmək mümkün olur.

Beləliklə, "əməkdaşlıq problemlərin həllini sürətləndirir, mütəxəssislərin peşəkarlıq səviyyəsini yüksəldir" deyən E.Əliyev əlaqələrin davam edəcəyinə ümid etdiyini də dilə gətirir.

Vüsal MƏMMƏDOV

Rəy bildir +
Oxşar xəbərlər
Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər

Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatıldı
14:0502 iyul

Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatıldı

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən "şəhər günü" tədbirlərinə qatılıb.

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir