İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Rektor qəbul prosesini izlədi

Rektor qəbul prosesini izlədi


Avqustun 16-dan etibarən Sumqayıt Dövlət Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verildi. 2019-2020-ci tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər.

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov qəbul prosesini izləydi. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış oldu, qəbulu aparan SDU nümayəndələri ilə söhbət etdi, hansısa narahatlığın olub-olmaması ilə maraqlandı. Rektor qəbula gələn tələbələr və onların valideynləri ilə görüşdü, övladlarının SDU tələbəsi adını qazanması münasibətilə təbrik etdi, birinci kurs tələbələrinə təhsildə uğurlar arzuladı. Rektor Sumqayıt Dövlət Universiteti haqqında qısa məlumat verərək bildirdi: - Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 57 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır. Ulu Öndərin siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd etdiyi kimi Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Universitetdə 6000-dən çox tələbə təhsil alır. 48 ixtisas üzrə bakalavr, 53 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. 7 fakültə 29 kafedra, 6 elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. 

Həmçinin, yaradılan şəraitə görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə professor Elxan Hüseynova təşəkkür etdilər. Qeyd edək ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi avqustun 15-dən 27-dək davam edəcək.

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları
20:3828 iyun

Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları

Sumqayıt Dövlət Universitetində (SDU) “Məzun günü” qeyd edilib. Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub
10:0323 may

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub

Sumqayıt Dövlət Universitetində (SDU) V Tələbə Elmi Konfransı keçirilib. Əvvəlcə iştirakçılar akt zalının foyesində konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı