İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Bu orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub

Bu orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub

 

Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul olub.

Sumqayıtda yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyini bu il bitirən 34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon üzrə ən yüksək balı da bu məktəbin məzunu toplayıb. Belə ki, İldırımova Aydan Vüqar qızı 671 bal toplayaraq Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub.

Ali məktəbə qəbul olan məzunlardan 2 nəfəri 600 baldan yuxarı, 6 nəfəri 500 baldan yuxarı və 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2018-ci il tədris ili üçün açıqladığı hesabata əsasən, rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə görə ölkə üzrə I yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında isə rayonun şagirdləri 3-cü yeri qazanıblar.


Rəy bildir +
Oxşar xəbərlər
33 abituriyentimiz 650 bal yığıb
17:5223 iyul

33 abituriyentimiz 650 bal yığıb

2018/2019-cu tədris ilində Sumqayıt Təhsil Şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərini 2752 şagird bitirib.

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki, hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə Vüqarın

Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
14:4216 avqust

Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nailiyyət qazanıblar. Belə ki, bu il Ağamalıyev ailəsinin iki övladı - Məhəmməd 694 balla, Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.

Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb
17:0614 iyun

Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb

Təhsil naziri Ceyhun Bayramov iyunun 14-də “st. Sumqayıt” yaşayış massivində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Xal kənd tam orta məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb. Bu il 28 məzun bu məktəbi bitirib. Ümumilikdə isə Qubadlı rayonunda 32 tam orta məktəb üzrə 447 məzun var.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür