İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » XOŞBƏXTLİK ÜÇÜN 5 QAYDA

XOŞBƏXTLİK ÜÇÜN 5 QAYDA


  

Qıraqdan baxanda çox xoşbəxt görünüb, amma əslində özünüzü bədbəxt hiss edirsiniz? Əgər həqiqətən özünüzü bədbəxt hiss etməyinizə heç bir səbəb yoxdursa, bədbəxtliyinizin əsl səbəbi elə özünüzsünüz…

"Mən niyə bədbəxt olmaq istəyim ki?" sualını verə bilərsiniz. Hər sahədə yaratdığınız maneələrlə, özünüzün də xəbəriniz olmadan həyatınızı məhv edirsiz.

Panikaya düşməyin, bunun da bir çarəsi var. Öz xoşbəxtliyinizin qarşısına sədd çəkməməyiniz üçün sizə bir neçə tövsiyəmiz var.

Əvvəla özünüzə şübhə ilə yanaşmağı kənara qoyun

Özünüzə qarşı yönəltdiyiniz konstruktiv tənqiddə heç bir problem yoxdur, hətta sizin inkişafınıza kömək edəcək. Ancaq, hər hansı bir işi bacaracağınızdan şübhə etsəniz, o zaman özgüvəninizi yerlə bir etmiş olacaqsınız. Bir müddətdən sonra verdiyiniz qərarlardan da əmin olmayacaqsınız.

Başqalarının haqqınızda nə düşündüyünə və nə danışdığına fikir verməyin

Davranış və qərarlarınızla hər kəsi razı sala bilmərsiniz. Ona görə addımlarınızı öz hisslərinizə güvənərək atın. Əgər bir şey sizi xoşbəxt edəcəksə, ondan başqalarının fikrinə görə imtina etməyin.

Keçmişə ilişib qalmağınız sizin indiki həyatınızı məhv etməkdən başqa bir işə yaramaz

Həyat elədir ki, hər kəsin başına pis hadisələr gələ bilər. Ayrılıq, məyusluq, uğursuzluqlar və keçmişdə sizi utandıran bütün hadisələr elə keçmişdə qalıb.Bunlar sizin də başınıza gəlmiş ola  bilər. İndi edəcəyiniz yalnız bir şey var. O da bu hadisələrin sizə nə öyrətdiyini qavramaq və bu düşüncəylə həyata davam etməkdir.

Doğru insanla birlikdə olmadığınızı etiraf edin

Sizə əks olan xasiyyət və hərəkətlərini görsəniz də, sevdiyiniz bir neçə xüsusiyyətinə görə "mükəmməl insan" kateqoriyasından çıxarmağa qıymadığınız partnyorunuz sizin üçün doğru insan deyil. Hətta xəbəriniz olmadan sizin özgüvəninizi və xoşbəxtliyinizi oğurlayır. Qərar verəcək insan sizsiniz. Yalnız qalmamaq üçün bədbəxt bir həyatı, yoxsa cəsur olub doğru insanı axtarmagı seçəcəksiniz?

Narahatlığa əsas yoxdur

Öz peşənizi sevmirsinizsə və ya əsl sevginizi hələ də  tapmamısınızsa narahat olmayın. Həyatda bütün bunlar üçün xüsusi bir proqram yoxdu. Onsuz da bu nigarançılıqla öz istədiyinizi əldə etmiş olmursunuz. Xoşbəxt olacağınız anlarda narahatçılığa yer verirsinizsə, özünüz öz əllərinizlə xoşbəxtliyinizə sədd çəkmiş olursunuz. Əgər gələcəkdə olacaq şeylər üçün indidən narahat olsanız, bu anın gözəlliklərini görməyəcəksiniz.


Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,