İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan çoxu, 13 nəfəri TETG-nın, 3 nəfəri "Dünya" məktəbinin, hər birindən bir nəfər olmaqla 2, 4, 11, 15, 22, 26 və 30 nömrəli məktəblərin şagirdləri olmuşdur. 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, yuxarı sinif şagirdlərində müxtəlif elm sahələrinə həvəsin artırılması, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi məqsədinə xidmət edən "Sabahın alimləri" Respublika müsabiqəsi şəhərimizin məktəbliləri arasında geniş vüsət almışdır.  Bu il müsabiqənin final mərhələsində münsiflər tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görülən 50 layihədən 9-u şəhərimizin ümumtəhsil məktəblərinin gənc tədqiqatçılarının qrup və fərdi layihələri olmuşdur ki, bu da ötən illə müqayisədə 1 layihə çoxdur. Ötən dərs ilində "Sabahın alimləri" müsabiqəsində cəmi 2 layihəmiz I və II yerə layiq görüldüyü halda, bu il doqquz layihədən səkkizi qızıl və gümüş medal almışdır. 

Ümumilikdə 4 şagirdimiz qızıl, 10 şagirdimiz gümüş, 1 şagirdimiz isə bürünc medal qazanmışdır. Qaliblərin 5 nəfəri TETG-nın, 3 nəfəri Təfəkkür liseyinin, 2 nəfəri "İstedad" liseyinin, hər birindən 1 nəfər olmaqla 11, 31 və 37 nömrəli məktəblərin şagirdləridir. 

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə keçirilən "Ədəbiyyat biliciləri" müsabiqəsinin final mərhələsində üç şagirdimiz qalib gəlmiş, 5 nömrəli tam orta məktəbin, TET gimnaziyanın və Təfəkkür liseyindən olan qalib şagirdlər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" Respublika müsabiqəsində 11 nömrəli tam orta  məktəbin və Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdləri qalib olmuşdur.

Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin keçirdiyi "Gənc xilasedici və yanğınsöndürən" VIII Ümumrespublika yarışında Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin komandası bütün rayon və şəhər komandaları arasında ən yaxşı nəticə göstərərək I yerə layiq görülmüşdür. 

Şagirdlərin vətənpərvərlik tərbiyəsi çərçivəsində "Şahin" komandalarının hazırlığı diqqətdə saxlanılmış, şəhərmiqyaslı müxtəlif tədbirlərdə komandalarının iştirakı təmin edilmişdir. Məhz bu hazırlığın nəticəsidir ki, Təbiət elmləri təmayüllü gimnaziyanın "Şahin" komandası zona mərhələsinin qalibi olaraq finala yüksəlmiş, Respublika finalında isə II yerə layiq görülmüşdür.


Sumqayıtlı şagirdlər qəbul imtahanlarında 


2019-cu ildə XI sinif şagirdlərinin buraxılış imtahanlarındakı nəticələri də ölkə üzrə ən yaxşılardan olmuşdur. Belə ki, Təbiət elmləri təmayüllü gimnaziya, İstedad liseyi, Texniki və təbiət elmləri liseyinin XI sinif məzunlarının hamısı buraxılış imtahanında hər üç fəndən müsbət qiymət almış, adı çəkilən məktəblərin müvəffəqiyyət göstəricisi 100% təşkil etmişdir. Təfəkkür liseyinin müvəffəqiyyət göstəricisi 80%, eləcə də 35 nömrəli tam orta məktəbin göstəricisi 68% olmuşdur. 

22 nömrəli məktəbin məzunu Həsənov Sərxan və Texniki və Təbiət Elmləri liseyinin məzunu Ağamalıyev Məhəmməd buraxılış imtahanında maksimum mümkün bal olan 300 bal toplamışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, TTEL-in məzunu Məhəmməd Ağamalıyev qəbul imtahanında da ölkə üzrə ən yüksək nəticəyə imza atmış, 694 bal toplamışdır. 

Buraxılış imtahanının yüksək göstəricilərinin nəticəsidir ki, 130 nəfər XI sinif şagirdi tam orta təhsili fərqlənmə attestatı, 10 nəfər isə medalla başa vurmuşdur. 

Tam orta təhsil pilləsi üzrə medala layiq görülən məzunlar isə aşağıdakı məktəblərdəndir:

TETG - 6 nəfər

İstedad liseyi - 1 nəfər 

22 nömrəli tam orta məktəb - 1 nəfər 

30 nömrəli tam orta məktəb - 1 nəfər 

35 nömrəli tam orta məktəb - 1 nəfər

Bu il ali məktəblərə sənəd verən 2490 nəfər XI sinif məzunundan 1906 nəfəri yəni məzunlarımızın təxminən 77%-i tələbə adını qazana bilmişdir. 

Bu ölkə üzrə ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan məzunlarımızın 460 nəfəri, yəni 24%-i 500-dən, o cümlədən 154 nəfəri, 8%-dən də çoxu 600-dən çox bal toplamışdır. 

Yeni tipli məktəblərimizin hər birində qəbul 100% təşkil etmiş, eləcə də 5, 24 və 34 nömrəli tam orta məktəblərdə ali məktəblərə qəbul göstəricisi 90%-dən yuxarı olmuşdur. 

Eləcə də 15 sinif üzrə ali məktəbə sənəd verən məzunların hamısı tələbə adını qazanmışdır.




Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli