İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » "Neftçi" şikayət etdi, "Sumqayıt" yox "Kimyaçılar"ın kapitanı klub tərəfindən də cərimələnəcək

"Neftçi" şikayət etdi, "Sumqayıt" yox "Kimyaçılar"ın kapitanı klub tərəfindən də cərimələnəcək

 

Ölkə Premyer Liqasının "yığma həftəsi"ndən öncə baş tutan "Neftçi" - "Sumqayıt" qarşılaşmasının son dəqiqələrində baş verən hadisənin cəzasız qalmayacağı gözlənilən idi. Meydanda - azarkeşlərin gözü önündə bir-birinə sillə-təpik atmaqdan çəkinməyən günahkarların işinə ötən həftənin çərşənbə axşamı bir araya gələn İntizam Komitəsinin üzvləri baxdı.

Olayın əsas səbəbkarı Anton Krivotsyuk canını 1 oyunluq cəza ilə qurtardısa, hədəfə Etibar Tarıverdiyevlə Vurğun Hüseynov tuş gəldi. Birinciyə 20 oyunluq cəza və 16 min manat cərimə kəsildi. "Sumqayıt"ın kapitanı isə qarşıdakı 3 matçda iştirak edə bilməyəcək, bu azmış kimi, klub ona görə 2400 manatından keçməlidi.

Bunu başa düşdük. Bu dəqiqə aktual mövzu kəsilən cəza və cərimədən sonra hər iki klubdakı durum, başqa cür desək, aparılan müzakirələrdir. Məsələn, "Neftçi"ylə "Sumqayıt" məşqçi və futbolçusuna görə apellyasiya şikayəti verəcəkmi? Həmin 16 min və 2400 manatı səbəbkarlar öz ciblərindən ödəyəcəklər, yük kluba düşəcək, yoxsa "atışacaqlar"?

Məsələyə münasibət bildirən "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev aşağıdakıları dedi: "İlk növbədə baş vermiş xoşagəlməz olaya görə klub adından təəssüfləndiyimizi deməliyəm. Olmamalıydı, oldu. Etibar Tarverdiyevə kəsilən cəza və cərimə ilə bağlı Apellyasiya və Arbitraj Tribunalına məktub ünvanlamışıq. Həmin məktubda verilən cəzanın mümkün olduğu halda yüngülləşdirilməsini xahiş etmişik. İndi isə qarşı tərəfdən cavab gözləyirik. O ki qaldı cərimənin kim tərəfindən ödəniləcəyinə, bu haqda heç bir müzakirə aparılmayıb. Çünki Apellyasiya və Arbitraj Tribunalının cavabı önəmlidi. Tribunalın son sözündən sonra bu haqda klubdaxili müzakirə aparılacaq və hansısa qərar qəbul olunacaq. Bu dəqiqə əsas məqsədimiz Etibar müəllimin cəzasının yüngülləşdirilməsinə çalışmaqdı".

"Sumqayıt"a gəlincə, hər nə qədər təəccüblü görünsə də, obyektivliyi əldə əsas tutan "kimyaçılar" Vurğuna görə apellyasiya şikayəti verməməyi uyğun hesab etdi. Hər halda "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov belə deyir: "Vurğun Hüseynovla bağlı Apellyasiya və Arbitraj Tribunalına müraciət etmək haqda qərar qəbul etdik. Futbolçumuz rəqibi vurub, buna haqq qazandırmaq doğru olmaz. Nə olsaydı da, kapitanımız o cür davranmamalıydı. Klub olaraq aqressivliyin, şiddətin tərəfdarı deyilik. Məsələnin digər tərəfinə gəlincə, bu haqda mətbuata açıqlama verməyim düzgün olmaz. Çünki belə məsələlər klubdaxili iş sayılır. Klub rəhbərliyi məşqçilər heyəti ilə müzakirə aparandan sonra hansısa qərar qəbul olunacaq. Yalnız onu deyə bilərəm ki, etdiyi əmələ görə Vurğun Hüseynova klubun daxili intizam qaydalarına əsasən hansısa formada cərimə kəsiləcək".


Səhifəni təqdim etdi: Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
İki məğlubiyyətin üç səbəbi
15:2718 iyun

İki məğlubiyyətin üç səbəbi

AVRO-2020-nin seçmə mərhələsində bir neçə gün öncə geridə qoyduğumuz "yığma həftəsi"ndə Macarıstana 1:3 hesablı yenilginin "üçü" çıxmamış Slovakiyaya daha böyük hesabla (1:5) məğlub olan seçmə komandamız Azərbaycan və futbol anlayışlarının dərsliklərə bir-birinin antonimi kimi yazılmalı olduğunu,

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Dava edən məşqçi,  matçı unudan menecer və  məhv olan uşaq futbolu
18:5410 may

Dava edən məşqçi, matçı unudan menecer və məhv olan uşaq futbolu

Ötən həftə Sumqayıt futbolu üçün xeyli yaddaqalan oldu. Həftəiçi tarixində ilk dəfə ölkə kubokunda finala vəsiqə qazanan "Sumqayıt"ın uğuru şəhərin futbol ictimaiyyətində olduqca sevinclə qarşılandı, amma geridə qoyduğumuz həftə "Sumqayıt" həm də şəhərin futbol təsərrüfatına yaraşmayan məqamlarla