İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilir

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilir

Sentyabrın 25-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilir. Görüşdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Siyavuş Novruzov, İmamverdi İsmayılov, Mirzəcan Xəlilov, Tahir Mirkişili, Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyəti başçıları Zakir Fərəcov və Malik İsaqov iştirak edirlər.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərin özündə əks etdirən eksponat, fotoşəkillər və kitablarla tanışlıq olub.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini bildirib. Qeyd olunub ki, sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkəmizin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bəhrələridir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.

Tədbir çıxışlarla davam edir.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbir keçirilib
11:1713 iyun

Sumqayıtda Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbir keçirilib

Sumqayıtda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu
16:3513 iyul

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olundu

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda "Ulu Öndər" sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu