İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Daha çevik və əlçatan!

Daha çevik və əlçatan!

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkədə mühüm dəyişikliklər baş verdi, bazar iqtisadiyyatına keçid başlandı, sahibkarlıq fəaliyyətinin inkişaf etməsinə təkan verildi və mülki münasibətlərin yeni hüquqi müstəvidə irəliləməsində əsaslı dönüş yarandı.

İndiyədək yeni mülkiyyət münasibətlərinin, eyni zamanda daşınmaz əmlakın qeydiyyatının hüquqi zəmində tənzimlənməsində,rəsmiləşməsində mühüm rol oynayan Azərbaycan Respublikasının Mülki Məcəlləsi (28.12.1999), Dövlət Əmlakının reyestr xidməti haqqında Qanun (26.04.2004) və digər bu kimi qanunlar təsdiq edilmişdir.

Hazırda hər bir sahibkar, hüquqi və fiziki şəxs özünəməxsus olan daşınmaz və daşınan əmlakın sahibi kimi dövlət adından rəsmiləşdirilmiş sənədə malikdir. Bu isə bazar münasibətlərində mülki dövriyyənin inkişafına, müxtəlif əqdlərin,alqı-satqı, dəyişmə, bağışlama, icarə, ipoteka, kirayə müqavilələrinin sayının dəfələrlə artmasına səbəb olub. Əsasən daşınmaz əmlakla əlaqədar müqavilələr demək olar ki, adi bir hadisəyə çevrilib. Bu sahədə notariusların rolu xeyli artmışdır. Ona görə də əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi istiqamətində maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasına diqqət artırılmalıdır. 

Ölkə prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi dövründə, Ədliyyə orqanlarının, notariat orqanlarının inkişafı istiqamətində geniş islahatlar həyata keçirilir, qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi notariat orqanlarının da fəaliyyətində böyük dəyişikliklərə səbəb olmuşdur. 

Xüsusi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi zamanı qabaqcıl texnologiya və innovativ sistemlərin tətbiqi notariat orqanlarının işinin çevikliyini daha əsas və əlçatan olmasına səbəb olmuşdur. Elektron notariat sisteminin tətbiqi şəffaflığın təmin edilməsinə böyük kömək edir. 

11.06.2018-ci il tarixli Nazirlər Kabinetinin qəbul etdiyi "Notariat fəaliyyətinin aparılması qaydalarına dəyişikliklər" notariat fəaliyyətinin yeni formada aparılmasına şərait yaratmaqla bərabər, bir çox məhdudiyyətlər ləğv edildi. İndi notariat ofisindən çıxmadan yaşayış yerindən arayış, doğum haqqında, nikah haqqında şəhadətnamələr və sair elektron qaydada əldə etmək mümkün olur ki, vətəndaşlara bu isə notariuslara işində yeni imkanlar yaradır, sənədlərin rəsmiləşdirilməsini asanlaşdırır və daha əlçatan edir. 

Notariat orqanlarının inkişafında ən böyük dəyişikliklər 20.11.2018-ci ildə İlham Əliyevin Notariat haqqında qanuna edilən dəyişikliklərlə bağlı imzaladığı qanun oldu. İndi Azərbaycan notariat orqanlarının fəaliyyətini bir çox MDB və Avropa ölkələrinin nümayəndələri də öyrənir və müsbət qiymətləndirirlər. 

Yeni qəbul olunmuş Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə sərəncam verilməsinə xüsusi diqqət yetirilir. Mülki Məcəllənin 135-151-ci maddələri demək olar ki, daşınmaz əmlakın anlayışı, növləri və dövlət qeydiyyatına alınması məsələlərinin tənzimlənməsinə aiddir.Daşınmaz əmlaka aid edilən əşyaların mülkiyyət hüququ haqqında hüquqmüəyyənedici sənədlər və onların qeydiyyata alınması MPM-nin 139.1 maddəsində ətraflı şərh edilib. Onların geniş öyrənilməsi və  əhalinin müxtəlif təbəqəsinə çatdırılması da diqqət mərkəzində olmalıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, istənilən daşınmaz əmlaka sahib olan fiziki və hüquqi şəxs mütləq həmin əmlaka dair çıxarış almalıdır. Bunun üçün isə daşınmaz əmlakın həmin şəxsə aid olmasını təsdiq edən rəsmi sənədlər olmalıdır.

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsi üçün hüquqi sənədləri üç qrupa bölmək olar: Bunlara : 1) daşınmaz əmlakın mövcudluğunu təsdiq edən sənədlər (torpaq sahəsinin planı, inventarlaşdırma sənədləri); 2) daşınmaz əmlak üzərinə hüququ təsdiq edən sənədlər (torpaq verilməsi barədə qərar, torpaq sahəsinin ayrılması haqqında akt, onların üzərində hüquqmüəyyənedən məhkəmə aktı, özgəninkiləşdirilməsi barədə müqavilələr, daşınmaz əmlakın müqavilə üzrə verilməsinə dair təqdimetmə aktları və s. ); 3) kadastr sənədləri, texniki pasport və s. sənədlər daxildir. 

Qeyd etmək lazımdır ki, daşınmaz əmlakın reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr MM-nin 144-cü maddəsinə əsasən notariat qaydada təsdiqlənməlidir.  Onların sadə yazılı formada bağlanmasına yol verilmir. Bu cür əqdlərin notariat formasına əməl edilməməsi onun etibarsızlığına səbəb olur. Müqaviləni təsdiq edən notarius əmlaka sərəncam verən şəxsin buna səlahiyyətinin olub-olmamasını və hüquqmüəyyənedici sənədə (çıxarışa) malik olmasını yoxlamalıdır və onun yanlışlığı üçün məsuliyyət daşıyır. Məsələn, ər-arvadın mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi üçün onların hər ikisinin razılığı olmalıdır.

Eyni zamanda, əmlak ümumi mülkiyyətdə olduqda onun üzərində sərəncam verilməsini mülkiyyətçilərdən biri həyata keçirə bilər. Lakin digər mülkiyyətçilərin yazılı razılığı tələb olunmalıdır.

Həmçinin mülkiyyətçi əmlaka sərəncam hüququnu etibarnamə ilə başqa şəxsə həvalə edə bilər. Daşınmaz əmlaka sərəncam verilməsi dövlət reyestrində qeydə alınmış göstəricilərə uyğun aparılır. Əmlakın bir hissəsi dövlət reyestrində qeydə alınmamışdırsa, məsələn, özbaşına tikilidirsə,  MM-nin 180-ci maddəsinə əsasən həmin hissəyə sərəncam verilə bilməz.

Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanununf yeni əlavə edilmiş  (29.06.2004-cü ildə qəbul edilib) 8.0.3 və 8.0.4 maddələrinin tələblərinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və həmin Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərlə bərabər tutulur.

Həmin maddəyə görə əmlak üzərində sahiblik,  istifadə hüququ əldə etmiş şəxs reyestr xidmətinə müraciət edərək, lakin reyestrdən çıxarış almağa macal tapmadan vəfat edərsə, bu zaman notarius tərəfindən sorğu verilməklə ölən şəxsin adına çıxarış verilir. Notarius vərəsələrin adına vərəsəlik şəhadətnaməsini rəsmiləşdirərək reyestr xidmətinə göndərir və vərəsə çıxarışı alır. Daşınmaz əmlakın qeydə alınması məsələlərində də xeyli dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bilavasitə elektron notariat sistemi vasitəsi ilə hökümət portalından əmlaka dair yüklülük haqqında arayışı notarius özü əldə edir, təsdiq edilmiş alqı-satqı, dəyişmə, ipoteka, bağışlama müqavilələri elektron sistem vasitəsi ilə reyestr xidmətinə ötürülür, reyestr xidməti isə çıxarışı hazırladıqdan sonra vətəndaşa məlumat göndərir və vətəndaş asanlıqla əmlakının çıxarışını alır. Beləliklə, vətəndaş-məmur münasibətlərini minimuma endirir, əhalinin işi tamamilə asanlaşır, süründürməçilik, vaxt itkisi aradan qaldırılır. 

Bir sözlə, hər bir vətəndaşın bunu bilməsi çox vacibdir ki, daşınmaz əmlakla bağlı bütün müqavilələr dövlət qeydiyyatına alındıqdan sonra həmin əmlaka mülkiyyət hüququ yaranır. 

Nəticə etibarilə bir daha qeyd etmək istəyirəm ki, əhalinin hüquqi tərəfdən maarifləndirilməsi istiqamətində peşəkar hüquqşünaslar məqsədyönlü işlər aparmalıdırlar.  Belə ki, mediada "Hüquqşünasın tribunası", "Hüquqi məsləhətlər" və digər rubrikalar yaratmaqla əhaliyə mənsub olduqları əmlak və digər hüquqları çatdırmaq günün vacib məsələlərindən biridir.  


Əbülfəz Bünyatov

Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu 

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Avropa İttifaqı-Azərbaycan münasibətləri:   "Şərq tərəfdaşlığı" və   yeni strateji əməkdaşlıq modeli
15:3111 sentyabr

Avropa İttifaqı-Azərbaycan münasibətləri: "Şərq tərəfdaşlığı" və yeni strateji əməkdaşlıq modeli

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.