İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Sabiq milli üzvü: "Valideynlərim latviyalı xanımla ailə quracağım üçün narahat deyillər"

Sabiq milli üzvü: "Valideynlərim latviyalı xanımla ailə quracağım üçün narahat deyillər"

"168 saat" qəzetinin "Tam şəxsi" rubrikasının budəfəki qonağı karyerasını hazırda Latviyanın "Liepaya" klubunda davam etdirən "Sumqayıt"ın və Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovdur.


- Futbolçu olmağınıza ailənizin münasibəti necə olmuşdu?

-  Mənim futbolçu olmağım valideynlərim üçün də xoş idi. Mən uşaq olanda futbol məktəbinə yazılmaq üçün atam özü də təşəbbüs göstərmiş və məni qeydiyyatdan keçirmişdi.

- Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

Yəqin ki, diş həkimi olardım, çünki onlar yaxşı pul qazanır (gülür- T.M.). Təbii, zarafat edirəm. Heç vaxt futboldan başqa hansısa peşə haqda düşünməmişəm. Heç indinin özündə də bu barədə fikirləşmirəm. Hələ ki, futbolçu karyeramı davam etdirirəm. Gələcəkdə hansı işlə məşğul olacağımı bilmirəm.

- Futbolçu peşəsi elədir ki, adətən ailənizdən uzaqda olursunuz. Belə məqamlarda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

- Yaxşı sualdır. Düzdür, çətindir. Valideynlərim Sumqayıtda yaşayır. Bacım da həmçinin. Onları ən yaxşı halda futbol mövsümündə fasilə yarananda görürəm. Belə bir imkan da heç də hər zaman olmur. İl ərzində bir dəfə Azərbaycana gəlirəm. Qardaşım isə Latviyada yaşasa da, fərqli şəhərlərdə məskunlaşmışıq ki, bu da görüşmək üçün çətinliklər yaradır. Doğmalarımala hər gün danışmaqla bu çətinliyi minumuma endirməyə çalışıram. Futbolçu peşəsi belədir də.

- Tək yaşamağın çətinliyindən bəhs etdiniz. Maraqlıdır, niyə ailə həyatı qurmamısınız? Artıq 34 yaşınız var.

- Düzü, bu haqda düşünürəm. İnşallah, ailə quracağam. Latviyada sevdiyim xanım var. Onunla evlənməyi planlaşdırıram.

- Valideynləriniz azərbaycanlı yox, latviyalı xanımla ailə qurmağınızın əleyhinə deyil ki?

- Yox, bu barədə heç bir problem yoxdur. Təbii ki, evlənməmişdən qabaq sevdiyim xanımı ailəmlə tanış edəcəm. Onlarin nə düşündüyü mənim üçün vacibdir. Amma onu da deyim ki, valideynlərim mənim seçimimə hörmətlə yanaşır. Valideynlərim latviyalı xanımla ailə quracağım üçün narahat deyillər. Anam deyir ki, əsas odur ki, sən xoşbəxt ol.

- Ümumiyyətlə, hər hansı bir qərar verərkən kiminləsə məsləhətləşirsiniz, yoxsa özünüz qərar verirsiniz?

- Atamla, anamla, bacımla, qardaşımla məsləhətləşirəm. Hətta ən yaxın qohumlarımı da dinləyirəm.

- Futbolçular adətən gündəmdə olur. Bu səbəbdən sevdiyiniz xanım sizi qısqanmır ki?

- Yox, bilir ki, futbol sadəcə mənim peşəmdir. Məni başa düşür. Heç vaxt belə bir problemlə qarşılaşmamışam.

- Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

- Açığı, heç bir xasiyyətimi dəyişməzdim. Mən bir müsəlman olaraq Allahın mənə bəxş etdiklərindən razıyam.

- Futbolçu karyeranızla bağlı ən çox hansı qərarınıza görə peşman olmusunuz?

- Azərbaycanda "Araz-Naxçıvan"ın sıralarına qoşulduğum üçün peşmanam. Belə alınacağını təxmin etsəydim, ora getməyə razılıq verməzdim. Həmin vaxt məni ora aparan menecer də düz hərəkət eləmədi. Amma artıq bütün bunlar keçmişdə qalıb.

- Maraqlıdır, orda nə baş vermişdi ki, sizi məyus etmişdi?

- Bu haqda danışmaq istəmirəm. Kaş belə olmazdı, amma bəzən belə xoşagəlməz hallarla da rastlaşırıq.

Rəy bildir +
Oxşar xəbərlər
Məcid Hüseynovla müsahibə: "Elə qism insanlar var ki, onları ancaq ağlatmaq lazımdır"
11:0809 avqust

Məcid Hüseynovla müsahibə: "Elə qism insanlar var ki, onları ancaq ağlatmaq lazımdır"

"Qonaq otağı"nın budəfəki qonağı sumqayıtlı tanınmış aktyor Məcid Hüseynovdur. Bizimlə söhbətində gənc aktyor bir çox maraqlı məqamlara toxundu.

Elvin Məmmədov:  "Əvvəl problem  yaratmırdı,  amma evləndikdən  sonra bir az olur"
15:5104 iyun

Elvin Məmmədov: "Əvvəl problem yaratmırdı, amma evləndikdən sonra bir az olur"

"168 saat" qəzetinin "Tam şəxsi" rubrikasının qonağı ölkə futbolunun tanınmış siması, Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədovdur. Ötən həftə şəhərimizin komandası "Sumqayıt"la yollarını ayıran futbolçu "kimyaçılar"ın futbolçusu kimi qəzetmizə son müsahibəsində ailəsindən danışdı.

Peşə təhsilinə diqqət artırılır
10:5414 sentyabr

Peşə təhsilinə diqqət artırılır

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə peşə təhsilinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki, hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə Vüqarın