İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Legionersiz klubun legionerləri və ya hanı yetişdirilən milli üzvləri?

Legionersiz klubun legionerləri və ya hanı yetişdirilən milli üzvləri?


Yadınızdadırsa, 9 il öncə AFFA-nın "Sumqayıt"ı ölkə çempionatının yüksək liqasına buraxması birmənalı qarşılanmamış və birinci divizionda mövsümü 7-ci pillədə bitirmiş "kimyaçılar"ın Premyer Liqada yer alması haqlı narazılıq yaratmışdı. Həmin vaxt "Sumqayıt"ın milli komandanın mənafeyi naminə güclülər dəstəsində yer almasının açıqlanması kluba qarşı yaranan mənfi rəyin nisbətən ortadan qalxmasını şərtləndirmişdi. 


Belə ki, sözügedən dövrdə AFFA rəhbərliyi yeni yaranan klubun qarşısına şərt qoymağı da lazım bilmişdi: heyətdə yalnız yerli və ölkə xaricində yaşayan Azərbaycan əsilli futbolçular çıxış edə bilərdi. Assosiasiyanın baş katibi Elxan Məmmədovun ilk baxışdan normal, ölkə futboluna yeni simalar qazandıracaq layihəsini bəyənmək lazım idi. Ancaq bu işin müəmmalı tərəfi ondan ibarət idi ki, Azərbaycandan kənarda futbol oynayan soydaşlarımızın sayı elə də çox deyildi. Olanlar da gələcək karyeralarını nəzərə alıb top qovmaq üçün dədə-baba vətənlərinə dönmək istəmirdilər. Bu durumda isə "Sumqayıt" legionerlərə qucaq açmalı oldu. Əslində bu prosesin özü də müəyyən bir çərçivədə aparılmalı, əcnəbilər milli üçün yararlı simalar olmalıydı, ancaq heç də belə olmadı. Məsələn, hazırda "Sumqayıt"da çıxış edən əcnəbilərin heç biri mili komandalar üçün düşünülməyib. Nə 27 yaşlı Əmir Ağayev, nə onunla eyni yaşda olan Mehdi Cənnətov, nə də komandaya yeni qoşulan Mehdi Şərifi yığma üçün yararlı oyunçulardır. Elə Peyman Babayi və Murad Xaçayev haqda da oxşar ifadələri işlətmək olar. Düzdür, ötən mövsüm "göyərçinlər"in forması altında çıxış edən Aleksey İsayevlə Əli Babayev əsas milli səviyyəsinə qədər yüksəlmişdi. Ancaq onların da sifarişlə ölkənin bir nömrəli komandasının düşərgəsinə cəlb olunduğu söylənilirdi. Hər halda indi heç kimin yiyə durmadığı isayevlə İsrail ikinci liqasında top qovan Babayevin hazırkı durumu hər şeyi gözlər önünə sərməkdədir. Ötən "futbol ili"ndə milliləşdirilən Atilla Yıldırım isə qısa zamanda nəinki yığma, heç "Sumqayıt" səviyyəsində də forvard olmadığını ortaya qoydu. 

Son 9 mövsümü Premyer Liqada keçirən "Gənclik şəhəri"nin komandası ötən illər ərzində ümumilikdə 41 leginerə qucaq açması ilə yadda qalıb. Düzdür, vaxtilə "kimyaçılar"ın uğurları üçün çalışan futbolçulardan Bədavi Hüseynov, Ruslan Qurbanov və Şahruddin Məhəmmədəliyev hazırda da əsas milli komandanın üzvləridir, amma bunun fonunda milliləçdirilən yararsız oyunçular da az deyil. Məsələn, Şamil Camaləddinov, Murat Doymuş, Taner Taktak, Mirzağa Hüseynpur, Can Akgün, Kiyan Soltanpur, Məhəmməd Atam, Afşin Esmaeilzadeh, Sergey Çernışev, İbrahim Abednezhad və  Fərhad Qistarov bunlardan sadəcə bir neçəsidir. Hansı ki, adlarını sadaladığımız oyunçular bu gün nəinki səviyyəli, ümumiyyətlə heç futbolçu kimi də xatırlanmır. 

Bu günlərdə isə "Sumqayıt"ın sıralarına son mövsümü müvafiq olaraq "BATE Borisov" və "Torpedo Moskva"nın heyətində keçirmiş futbolçular - Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxov qoşuldu. Sonuncu bizim futbol ictimaiyyətinə ölkənin U-17 və U-19 komandalarındakı çıxışı ilə tanışdır. Təbii, potensialı da tanışdır. Onun istənilən səviyyədə futbolçu olmadığına çoxdan bələd olmuşuq. Elə Cəmaləddin Xocaniyazovun da parlaq gələcək vəd etdiyini demək olmaz. Şübhəsiz ki, futbolçunun perspektivi olsaydı, BATE onu heç yerə buraxmazdı. Rusiyanın U-21 millisinin üzvü olub, bəs, niyə davamı gəlməyib? Həqiqətən yaxşı olan biri 23 yaşına kimi 8 klub dəyişərmi? Məqsəd pul qazanmaq, milliləşdirmə oyunları ilə öz ciblərini doldurmaq, AFFA-nın büdcəsindən istedadlı soydaşlarımızı tapmaq adıyla qonorar qoparmaqdısa, o başqa məsələ.

Komandaya qoşulan sonuncu yerli oyunçu Nicat Mehbalıyevin "Qarabağ"dan icarəyə götürülməsi də bir çox məqamları ortya qoyur. Əgər milli üçün futbolçu yetişdirmək kimi bir missiya daşıyan klubun əsas qapıçısı dağıstanlı Cənnətovdursa və onun əvəzləyicisi olan qolkiper belə komandanın yetirməsi deyilsə, bu o deməkdir ki, illərdi fəaliyyət göstərən, milyonlarla neft pulu xərclənən klub Sumqayıtdan nümunə kimi ortaya çıxarmaq üçün bir futbolçu belə yetişdirə bilməyib. Təsadüfi deyil ki, "Sumqayıt"ın əsas heyətində oynayanların heç biri sumqayıtlı deyil. "Gənclik şəhəri"ndə yetişən sonuncu futbolçu Bəxtiyar Həsənəlizadə ötən mövsümün qış fasiləsində komandanı tərk etmişdi. Hardadır Sumqayıtda yetişən Nazim Süleymanovun, Arif Əsədovun, Kamal Quliyevin, Mahir Şükürovun, İsmayıl Məmmədovun və başqalarının davamçıları?! Sadalanan adlar onu deməyə əsas verir ki, ənənələr var, istedadlar var, onları tapıb üzə çıxaran, yetişdirib püxtələşdirən düzgün idarəçilər, sağlam təməllər üzərində qurulan komanda yoxdur.


Rəy bildir +
Oxşar xəbərlər
Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

"Sumqayıt-2"-nin kapitanı: "Elbrus Məmmədov gedəndən sonra..."
17:2605 iyul

"Sumqayıt-2"-nin kapitanı: "Elbrus Məmmədov gedəndən sonra..."

Bəlkə də futbol ictimaiyyətində heç kim, hətta sumqayıtlı futbol azarkeşləri də şəhərin eyniadlı klubunun əvəzedicilərdən ibarət komandasının ilk dəfə qatıldığı birinci divizionda mövsümü ikinci pillədə başa vuracağını gözləmirdi. Təbii ki, heyətinin böyük əksəriyyəti gənclərdən ibarət olan

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov, Arif Əsədov, Mübariz Orucov, Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov, Mahir Şükürov,