İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?

UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?

  Mütəxəssislər “168 saat” üçün şərh edir


Yadınızdadırsa, bir beçə gün əvvəl  UEFA  Millətlər Liqasının formatında dəyişiklik edilməsi ilə bağlı qərar verdi. Ali futbol qurumunun son iclasından sonra 2020/21 mövsümündə ilk üç - A, B, C divizionunun hərəsində 16 komandanın, D divizionunda isə ən zəif  7 yığmanın çıxış edəcəyi dəqiqləşdi. Məlum islahatlar yığmamıza da təsirsiz ötüşmədi. 

Belə ki, turnirin təşkil olunduğu ilk ildə milli ən zəiflərin yer aldığı D divizionunda iştirak etmişdisə, yeni qərardan sonra daha üst divizion olan C-də mübarizə aparacaq. Burda isə yığmanı Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Cənibi Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Moldova və Qazaxıstan kimi rəqiblər gözləyir.

Təbii ki, hər ölkənin statusuna, futbol potensialına görə özünəməxsus maraqları var. İndiki halda UEFA-nın etdiyi format dəyişikliyi Azərbaycan milli komandasının D divizionundan C liqasına yüksəlməsini şərtləndirsə də, liqadakı rəqiblərin gücü baxımından heç də müsbət hal deyil. Heç şübhəsiz, D divizionu ilə müqayisədə C-də yığmanın rəqibləri, siyahıdan da göründüyü kimi, daha güclü komandalar olacaq. Bu səbəbdən həyata keçirilən islahatın miillimizin xeyrinə yox, ziyanına işləyəcəyini düşünmək olar. Düzdür, C liqasında ilk dördlükdə yer almaqla B liqasına yüksəlmək mümkündür, ancaq ölkə futbolunun reallığı bizi tam başqa gedişatın gözlədiyini düşünməyə əsas verir. Əgər C liqasında sonuncu olsaq, D divizionuna düşməmək üçün pley-off  matçlarına çıxmalı olacağıq.  Düzdü, bütün bunlar hələ uzaq gələcəyin söhbətidir, püşk atılası, rəqiblər bilinəsi, oyunlar başlayası...  Amma UEFA İcraiyyə Komitəsinin sözügedən qərarının yığmamız üçün nə vəd etdiyi də az maraq doğurmur. Bəs görəsən, mütəxəssislər UEFA-nın həyata keçirdiyi yenilik barədə hansı fikirdədirlər? Bu suala cavab tapmaq üçün ölkəmizin bir neçə tanınmış məşqçisinin fikirlərini öyrəndik.


Azərbaycan yığmasının məşqçisi Arif  Əsədov milli komandamızın D divizionundan C liqasına yüksəlməsini dəyərləndirərkən aşağıdakıları dedi:"Cari seçmə mərhələdə əsas hədəflərimizdən biri Millətlər Liqası üçün komanda formalaşdırmaqdır. Hazırda millidə 6-7 yeni futbolçu çıxış edir. Bildiyiniz kimi, yeni məşqçilər korpusu yığmanın Xorvatiya ilə oyununa qısa müddət qalmış işə başladı ki, bu da hər şeyin istənilən səviyyədə olmasına mane olur. Amma bununla belə, hazırkı qrupda səviyyəli rəqiblərlə mübarizə aparmaq Azərbaycan seçməsinin inkişafına zəmin yaradır. Güclü rəqiblərlə qarşılaşmağın yeganə mənfi cəhəti isə xal ehtiyatını artırmaq baxımından çətinliklə üzləşməyimizidir. Millətlər Liqasında daha ciddi rəqiblərlə oynayacağımızdan daha yaxşı hazırlaşmalıyıq. İndidən liqanın qalibi olacağımızı demək və ya uğursuz çıxış edəcəyimizi düşünmək yanlış olar. Bilirsiniz ki, cari seçmə mərhələnin sonunda bizim müqavilənin müddəti başa çatır. Amma məşqçilər korpusuna vaxt verilsə, düzgün planla komandanı Millətlər Liqasına yaxşı hazırlamaq və nəticə qazanmaq mümkündür."

Azərbaycan milli komandasının sabiq baş məşqçsi Şahin Diniyev isə Arif   Əsədov qədər nikbin deyil. Təcrübəli mütəxəssis Millətlər Liqasının yeni formatının bizim üçün müsbət sonluq vəd etmədiyini dedi: "D divizionunda rəqiblər daha zəif olsa da, hədəfə çatmaq mümkün olmadı. Gələn il isə Millətlər Liqasında daha güclü yığmalarla qarşılaşacağıq ki, bu baxımdan da işimizin daha çətin olacağı dəqiqdir." Şahin Diniyev mövzu ilə bağlı fikirlərini Millətlər Liqasının ümumiyyətlə uğursuz layihə olmasını deməklə tamamladı:"Məncə, Millətlər Liqası UEFA-nın ən uğursuz ideyalarından biridir. Bu turniri faydasız hesab edirəm. Elə ona görə də yaxından maraqlanmıram."

Azərbaycan seçmə komandasının sabiq futbolçusu Mahir Şükürov da Millətlər Liqasında yığma komandamızdan heç nə gözləmir. Sabiq müdafiəçini dinləyək:"Əvvəl yenə nəyəsə ümid etmək olardı. Rəqiblər nisbətən münasib idi. UEFA-nın son yeniliklərinin ardından isə C liqasında yığma komandamızdan nəsə gözləmirəm. Indi daha çətin olacaq."    



Tural MƏMMƏDOV
Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Proqnozlar  İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?
11:5317 sentyabr

Proqnozlar İdman jurnalistləri "Qarabağ"dan nə gözləyir?

Ölkəmizin Avrokuboklarda yoluna davam edən yeganə təmsilçisi "Qarabağ" iki gün sonra Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. İndi bütün futbol ictiamiyyətini Azərbaycan çempionunun qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının

Rəqiblərimizi tanıyaq:   Köhnə tanışlarla yeni mübarizə
16:5806 avqust

Rəqiblərimizi tanıyaq: Köhnə tanışlarla yeni mübarizə

Bizim üçün dörd komanda ilə başlayan Avrokubok mövsümündə mübarizəni ilk mərhələdə dayandıran "Səbail"ə ikinci təsnifat mərhələsində ölkə kubokunun qalibi "Qəbələ" də qoşuldu. Digər iki komandamız "Qarabağ"la "Neftçi" isə artıq pley-off mərhələsinin astanasındadır. Bu mərhələyə yüksəlmək üçün

Rəqiblərimizi tanıyaq
17:5526 iyun

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu.

Millidə son durum necədir?
15:5004 iyun

Millidə son durum necədir?

Təxminən bir ay öncə başa çatan Topaz Premyer Liqasının yekunlaşmasının ardından ölkəmizin futbol arenasında həyəcan səngisə də, milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində "ev" oyunlarının yaxınlaşması həyacanın minumuma enməsini əngəlləyir. Nə də olsa, yığmamızı yaxın günlərdə vacib