İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Sumqayıt teatrından əsgər anasına sürpriz

Sumqayıt teatrından əsgər anasına sürpriz


Sumqayıt Dövlət Dram Teatrı hər zaman həm kreativ layihələri ilə, həm də dövlətçilik, azərbaycançılıq, Azərbaycan məfkurəsinə xidməti ilə önəmli işlər görüb və fərqlənib. Uğurlu layihələrdən biri də mütəmadi olaraq həftəsonu tamaşalarının nümayişidir.

Oktyabr ayında anşılaqla keçən həftəsonu tamaşalarından "Ocaq"ın nümayişində duyğusal məqamlar yaşandı. Teatr kollektivi tamaşa bitdikdən sonra səbrsizliklə oğlunun hərbi xidmətini ləyaqətlə başa vurub doğma Sumqayıta gəlişini gözləyən əsgər anasına surpriz etdi. Vətənə xidmətdən qayıtdıqda məhz teatrda, anasının mədəni istirahətini keçirdiyi məkanda ona bu həyacanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan əsgərinin bu addımı hər kəs tərəfindən alqışlandı.

Qeyd edək ki, 6 oktyabrda nümayiş olunan Turqut Özakmanın "Ocaq" tamaşası psixoloji dram olsa da, tamaşa sonunda baş tutan əsgərin anası ilə görüşü tamaşaçılarda təbəssüm dolu duyğu yaratdı.

Teatr rəhbərliyinin bu addımı bir daha sübut etdi ki, teatrın qayəsi təkcə insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək, maarifləndirmək, hər zaman Vətən və torpaq duyğusunu, Vətən andını sədaqətlə qoruyub dövlətin yanında olmaqdır.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...
18:4716 oktyabr

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...

Bu gün Qonaq Otağında Sumqayıt Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Cəlal Məmmədovdur.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Sumqayıt Teatrı   "Solğun çiçəklər"i dirçəltdi
09:2511 oktyabr

Sumqayıt Teatrı "Solğun çiçəklər"i dirçəltdi

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,