İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Şəxsiyyətə görə pəhriz - NƏLƏRİ BİLMƏMİŞİK?

Şəxsiyyətə görə pəhriz - NƏLƏRİ BİLMƏMİŞİK?

Artıq çəkidən azad olmaq üçün bir çox vasitələrə əl atırıq. Məsələn, arıqlama dərmanları, bitki çayları, müxtəlif pəhriz yeməkləri və s. Lakin bəzi hallarda istədiyimiz nəticəni əldə edə bilmirik.

"168 saat" qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, son illərdə bir çox mütəxəssislər insanlara pəhrizi şəxsiyyətinə görə müəyyənləşdirirlər.

Həmin təsnifat bu qaydada müəyyən edilir:

1) Bəzi insanlar var ki, səbirsizdirlər. Hər zaman özlərini təzyiq altında hiss edirlər. Bu xarakterə sahib olan insanlar pəhrizə başladıqda tez bir zamanda kilo atıb arıqlamağa çalışırlar. Elə ilk başdaca uğursuz olurlar. Bu xarakterdə olan insanlara qrup şəklində pəhriz proqramı məsləhət görülür. Belə ki, proqrama ailə üzvləriniz və dostlarınız daxil ola bilər. Beləliklə, onların da dəstəyi sayəsində bu xarakterdə olan insanlar daha dözümlü və səbirli olarlar.

2) Bir qrup insanlar da var ki, olduqca səbirli və sakit xarakterə malikdirlər. Bu adamları isə çəki atmaları üçün hərəkətə gətirmək lazımdır.

3) Yüksək səs tonu ilə danışan və özünə olduqca güvənən insanlar, dostları ilə görüşəndə pəhrizi pozurlar. Ümumiyyətlə, bu insanlar diyetaya uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki onlar əylənməyi və dostları ilə çox vaxt keçirməyi sevdikləri üçün bu iradələrinə hakim kəsilə bilmirlər. Buna görə, də həmin insanlar kənarda yemək yeyərkən pəhrizlərinə uyğun menyu seçməli, mütəmadi olaraq məşq etməlidirlər.

4) Hər şeyin mükəmməl olması üçün çalışan insanlar, pəhriz saxlayarkən ən kiçik problemlə üzləşdikdə diyetanı pozarlar. Bu insanlarda pəhriz motivasiyaları hər zaman yüksək olmalıdır.

Bütün hallarda mütəxəssislər pəhriz saxlayan bütün insanlara inamlı olmağı, əzmkarlıq nümayiş etdirməyi tövsiyə edir.


            

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Özünə ideal seç!
18:1026 sentyabr

Özünə ideal seç!

Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz