İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » 8-ci tur 8 komanda üçün nə vəd edir?

8-ci tur 8 komanda üçün nə vəd edir?

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstanla keçirdiyi oyunla bağlı ölkə Premyer Liqasında yaranmış iki həftəlik fasilə həftəsonu başa çatacaq. Hər günə iki qarşılaşma olmaqla şənbə və bazar günləri baş tutacaq matçlarla çempionatın ikinci dövrəsinə start veriləcək. 

İlk oyun günündə "Qəbələ" - "Qarabağ" və "Keşlə" - "Sabah", bazar günü isə "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Zirə" görüşləri keçiriləcək. Ümumi götürdükdə, "Qarabağ" istisna olmaqla, digər 7 komanda arasında gərgin yarış izləyirik. Başqa sözlə, ikinci pillənin sahibi ilə sonuncu arasında cəmi 6 xallıq fərqin olması avrokubok uğrunda mübarizənin əvvəlki illərdən daha maraqlı olacağından xəbər verir. Bu mənada 8-ci turun oyunları da az maraq doğurmur. Odur ki, hesabat turunda komandaların imkanlarına nəzər salmağa qərar verdik.


"Qəbələ" - "Qarabağ"

Çempionatın aşkar favoriti "Qarabağ"la ötən günlərinin axtarışında olan "Qəbələ"nin qarşılaşmasında qonaqların qələbə şansı olduqca yüksək qiymətləndirilir. Hətta Xayme Romero ilə Filip Ozobiçin görüşdə iştirak etməməsi, Mahir Emreli ilə Rahil Məmmədovun isə zədəsini yenicə sağaltmasının da "Qarabağ"ın qələbəsinə mane olmayacağı asan proqnoza gələn məsələdir. Premyer Liqanın xal itirməyən yeganə təmsilçisi olan ağdamlılarla müqayisədə "Qəbələ"nin imkanları məhduddur. Büdcənin kəskin şəkildə azaldılması ilə yanaşı, yanlış məşqçi seçiminin ardından xallar itirən "qırmızı-qaralar" Sənan Qurbanovu Elmar Baxşıyevlə əvəzlədikdən sonra nisbətən toparlansa da, hələlik heç nə qaydasında deyil. Son altı oyunda "köhlən atlar"a yenilən Qəbələnin eyniadlı klubu ilk dövrədə Qurban Qurbanovun komandasına üç cavabsız qol buraxmaqla məğlub olmuşdu. Ümumilikdə isə indiyə kimi 45 dəfə qarşılaşan tərəflərin 23 matçında "Qarabağ", 10 oyunda isə "Qəbələ" qələbə qazanıb. Heç-heçə ilə nəticələnən görüşlərin sayı isə 12-dir. 


"Keşlə" - "Sabah"

 Yeni mövsümə iddialı başlayan və ikinci pillədə qərarlaşan meydan sahibləri matçın favoriti hesab olunur. İlk dövrədə rəqibinə səfərdə minimal hesabla qalib gələn, ümumilikdə isə son dörd matçda "Sabah"a uduzmayan Tərlan Əhmədovun yetirmələrindən fərqli olaraq "Sabah"ın imkanları heç də yüksək dəyərləndirilmir. Düzdür, İqor Ponomoryovun müvəqqəti də olsa baş məşqçi təyinatından sonra kollektivin oyununda yüksəliş olsa da, hələlik "Sabah"ın sabahının işıqlı olduğunu demək olmaz.

"Səbail" - "Sumqayıt"

Meydan sahibləri qarşılaşma öncəsi üstün tərəf kimi görünsə də, klubdaxili atmosferin heç də yaxşı olmadığı hamıya bəllidir. Premyer Liqanın son iki görüşündə məğlub olan "dənizçilər"də Avroliqa matçlarının ardından yaranan maliyyə problemi əksər oyunçuların komandadan ayrılmasına zəmin yaratdı ki, bu da sonda "Səbail"in oyununa təsirsiz ötüşmədi. Amma bununla belə, Aftandil Hacıyevin "drujinası" "Sumqayıt"la ilk qarşılaşmada üç cavabsız qolla qalib gəlmişdi. Üstəlik, şəxsi oyunlardakı son üç görüşdə "Səbail"in uduzmaması diqqət çəkir. Son iki oyunda qələbəyə həsrət qalan "kimyaçılar"ın isə ilk dövrədə səfərdə yalnız bir qələbə qazanması da maraqlı məqamlardandır. "Səbail" - "Sumqayıt" cütünün əvvəlki çempionat oyunlarının balansında isə bərabərlik var. Hərəyə üç qələbə qazanan tərəflərin iki qarşılaşmasında isə heç-heçə qeydə alınıb. Haqqında danışdığımız nəticələrdəki tarazlıq vurulan və buraxılan topların sayında da özünü göstərir. Belə ki, hər iki tərəf 6 qol vura bilib.


"Neftçi" - "Zirə"

"Neftçi" demişkən, "ağ-qaralar" ardıcıl 2-ci oyunda qələbə qazanmaqla hirsli azarkeşlərini nisbətən sakitləşdirməyi bacardı. Ancaq "Qəbələ" və "Səbail" üzərindəki qələbə də "flaqman"ın özünə gəldiyi anlamını vermir. Çünki Roberto Bordinin kollektivi hər tur çox əziyyət çəkir, oyun planında rəqiblərindən elə bir fərqi hiss olunmur. Amma bununla belə, meydan sahiblərini matçın favoriti saymaq olar. Samir Abasovdan boşalan baş məşqçi postunu Zaur Həşimova həvalə edən "Zirə"nin yeni çalışdırıcı ilə necə oyun sərgiləyəcəyi maraq doğurur. Ümumilikdə "Zirə"nin "Neftçi" üçün arzuolunmaz rəqib hesab olunduğunu demək olar. Belə ki, sonuncusu ilk dövrədə olmaqla (1:0) "ağ-qaralar"ı 9 dəfə məğlub edən Zirənin eyniadlı komandası cəmi 3 görüşdə yenilgi ilə üzləşib. Daha 5 oyunda isə tarazlıq pozulmayıb. 


N         Klublar            O         Q         H         M        T-F      X

1          Qarabağ          7          7          0          0          17-1     21

2          Keşlə   7          3          2          2          8-3       11

3          Neftçi  7          3          2          2          8-6       11

4          Səbail  7          3          1          3          8-11     10

5          Zirə     7          2          2          3          6-9       8

6          Sumqayıt        7          2          1          4          5-9       7

7          Qəbələ            7          1          2          4          3-14     5

8          Sabah  7          1          2          4          5-7       5

Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 4 qol
Stiven Monroz ("Neftçi") - 3 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 3 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Mirabdulla Abbasov ("Səbail") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 3 qol
Maqaye Qeye ("Qarabağ") - 3 qol
Dani Kintana ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 2 qol

Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Rəqibləri "tapdalayan" "Qarabağ" və   avrokuboklar üçün yarışan 7 komanda
19:1015 oktyabr

Rəqibləri "tapdalayan" "Qarabağ" və avrokuboklar üçün yarışan 7 komanda

Futbol üzrə Azərbaycan milli komandasının Bəhreynlə hazırlıq, Macarıstanla isə rəsmi qarşılaşması olması səbəbindən ölkə Premyer Liqasında yaranmış fasilə elita klublarının son durumunu, komandaların arzulanan hədəfə çatmağa nə dərəcədə yaxın olmasını aydınlaşdırmaq üçün yaxşı imkandır. Düzdür, ilk

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?
20:1715 avqust

Elita klubları mövsümlərarası fasiləsini necə keçirdi?

Artıq sabah futbol üzrə ölkə çempionatının yeni mövsümü start götürəcək. Bir neçə gün öncəsinə qədər ölkə xaricində olan Premyer Liqa klubları çempionatın başlamasına qalan sayılı günləri ölkə daxilində gündəlik məşq prosesi ilə keçirdi. Təbii ki, elita klublarının yeni mövsüm ərəfəsində hansı

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.