İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Azərbaycanda ən bahalı maşınlar hansılardır?

Azərbaycanda ən bahalı maşınlar hansılardır?



Ən bahalı maşınları əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur. Bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir. Bəs siz bahalı maşınlardan danışarkən ən yuxarı qiymətin neçə olduğunu düşünürsünüz?

Avtomobil eksperti Elməddin Muradlı mövzu ilə əlaqədar danışarkən az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib:

"Hazırda Azərbaycanda ən bahalı maşın "Rolls-Royce Phantom"-dur. Onun dünyada bir neçə modeli istehsal olunub ki, onlardan biri də Azərbaycandadır. Qiyməti təxminən 2 milyon manatdır. "Ferrari", "Lamborghini" kimi dünya brendi olan çox bahalı maşınlar da Bakıda var. Bunlar kifayət qədər baha qiymətə satılır, amma alıcı kütləsi də var. Şəhərdə onları sürənləri də görürük, satışda olduğunu da bilirik. Bu yaxınlarda "Range Rover"-in təzə modeli, "Mercedes"-in GLS modeli də ölkəyə gətirilib. Bunlar da çox bahalı avtomobillərdir. 200 min manat civarında qiymətləndirilir. Bunlardan əlavə, "Jeep", "Dodge", "Lexus", "Toyota" Prado-nun son modelləri kifayət qədər bahadır. Ən çox "Lexus", "Toyota" Prado modelləri alınır. Alıcılar bu avtomobilləri dillerlərdən aldıqları kimi, əksər hallarda özləri də idxal edirlər. Artıq Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir. Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq".

Elməddin Muradlı, gömrük qiymətlərinin aşağı salınması nəticəsində ölkəyə bahalı və yeni avtomobillərin gətirilməsinin sürətlənəcəyini deyib:

"Düşünürəm ki, gömrük qiymətlərinə baxılsa, rüsumlar 2017-ci ildəki ilə eyniləşsə, yeni avtomobillərin gətirilməsi prosesi də sürətlənəcək. Yeni avtomobillərin gətirilməsi o deməkdir ki, təhlükəsizlik artır. Ancaq hazırki dövrdə gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi çox olduğundan prosesin zəif tempdə getdiyini görürük. Dillerlər də bu baxımdan əziyyət çəkirlər, alıcı cəlb etmək olmur deyə çox maşın gətirə bilmirlər. Alıcılar əsasən ikinci əl avtomobilə üstünlük verirlər. Ona görə düşünürəm ki, rüsumlara bir daha baxmaq lazımdır".


Mehman Nəbiyev

Rəy bildir +
Oxşar xəbərlər
Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib.

OXUMASANIZ DA OLAR
18:3430 aprel

OXUMASANIZ DA OLAR

Bir gün bir Zapı yolda qalır. Bir Ferrari yoldan keçərkən sürücüsü bunu görür, maşını saxlayaraq Zapı sürəndən soruşur: - Qardaş, sənə nə kömək eləyim?

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda