İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Formula 1 Azərbaycana nə verir?

Formula 1 Azərbaycana nə verir?

Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq xeyli təcrübə qazanmış Azərbaycan bir neçə gün sonra daha bir idman yarışına evsahibliyi edəcək.
Üç il öncə dünyada 500 milyondan çox azarkeşi olan "Formula-1" Qran-prisinə qapı açan Bakı artıq bu yarışların təşkilində də əhəmiyyətli təcrübəyə malikdir. Həyata keçirilən hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir.

Arayış:
"Formula-1" dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir "Formula-1" avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.

Bakı treki hazırdır
Bakı trekini əhatə edən tribunaların quraşdırılmasına, asfalt örtüyün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işləri demək olar ki, sona çatıb. Trek ətrafındakı tribunaların sayının 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə 7,6 metrdir. Bu hissə trekin Qoşa qala divarlarının yanından keçən qismində yerləşir. Həm start xətti, həm də finiş xətti Azadlıq meydanının Abşeron tribunasının qarşısına düşən hissəsindədir. Trekdə 20 döngə var.

Beynəlxalq diqqət ölkəmizə yönəlir
İlk öncə qeyd edək ki, yarışın 5 il ərzində ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq miqyasda Azərbaycana olan etimadın ifadəsidir. Artıq hər kəs üçün aydındır ki, ölkəmiz bu cür tədbirlərin təşkilində böyük təcrübəyə, səriştəyə malikdir. 
Azərbaycan Qran-prisi ardıcıl olaraq 2 il beynəlxalq media və "Formula-1" azarkeşləri tərəfindən "İlin ən yaxşı Qran-prisi" adına layiq görülüb.
Yarışların ölkəmizdə keçirilməsi beynəlxalq diqqətin Azərbaycana yönəlməsi, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Yarış maşınları üçün hərəkət marşrutu elə qurulub ki, yollar paytaxtın tarixi hissələrindən keçir. Bu isə dünyanın ən nüfuzlu KİV-ləri vasitəsilə paytaxtımızın gözəlliklərinin dünyaya çatdırılması deməkdir. 
Sürət festivalı "Formula One Management" (FOM) təşkilatının rəsmi yayım tərəfdaşlarının vasitəçiliyi ilə 200-dən çox ölkədə yayımlanacaq. Azərbaycanda isə "F1" yarışlarının canlı yayımını "İdman Azərbaycan" telekanalı təmin edəcək.
Yarışları izləmək üçün ölkəmizə gələn media nümayəndələri buradan yalnız yarışlar barədə informasiya və reportajlar yox, paytaxtımızdan böyük təəssürat və məlumatlar aparırlar. Bu təəssürat şübhəsiz ki, sonralar onların yazılarına, materiallarına sirayət edir. Bütün bunlar isə ölkəmizin beynəlxalq miqyasda imicinə təsir edən amillərdir.

Turist axını kapital axını deməkdir
İqtisadiyyatın diversifikasiyasını, qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycan üçün turizm sektoru strateji sahədir. Bu sahədəki potensialın tam realizəsi, dünyaya çatdırılması, ölkəmizin cəlbedici turist marşrutuna çevrilməsini təmin etmək məqsədilə aparılan işlərə, şübhəsiz ki, bu cür tədbirlər də əhəmiyyətli dərəcədə təsir göstərir. 
Birinci və ikinci Qran-prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq məqsədilə "PwC" şirkəti tərəfindən aparılan hesablamalar nəticəsində məlum olub ki, 2016-cı və 2017-ci il Qran-prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib.
2018-ci il mövsümündə "Formula-1" avtomobil yarışlarının Azərbaycan mərhələsini izləyənlərin sayında 31,6 faiz artım müşahidə olunmuşdu. Bu statistika ölkəmizə və burada keçirilən yarışa artan marağın göstəricisidir.
Vüsal MƏMMƏDOV
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi