İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Şorabanı çox yeyənlərə xəbərdarlıq: TƏHLÜKƏ VAR

Şorabanı çox yeyənlərə xəbərdarlıq: TƏHLÜKƏ VAR


Qış aylarında ən çox istifadə edilən qidalardan biri də turşu və şorabadır. İştahanı artırmaq üçün insanların əksəriyyəti yemək zamanı turşu istifadə edir Bəs bunun insan orqanizminə təhlükəsi varmı? Bəzi həkimlər çox turşu yeməyin insan üçün zərərli olduğunu bildirirlər.

Maraqlıdır, turşuların həqiqətən də insanlar üçün mənfi təsiri ola bilərmi?

Terapevt Həsən Məmmədov bildirir ki, turşunun zərəri faydasından çoxdur:

"Bu qida növünün bəzi mikroblara qarşı öldürücü təsiri olsa da, ümumilikdə insan orqanizmi üçün olduqca təhlükəlidir. Çünki turşu insanlarda qan təzyiqinə, böyrək xəstəliklərinə, qaraciyərdə və digər orqanlarda problemlərə səbəb ola bilər.

Qeyd edim ki, turşu ilə tez-tez qidalanmaq qan təzyiqi çox olan insanlarda ürək döyüntüsünü artırır. Bundan başqa, turşu və şorabalarda olan duz onurğada, skelet əzələlərində və müxtəlif orqanlarda yığılaraq narahatlıqla nəticələnə bilər".

Həkim onu da deyir ki, duz, un və şirniyyatlar da insan orqanizmi üçün olduqca zərərlidir.


Rəy bildir +
Oxşar xəbərlər
Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Elektron siqaret, yaxud bəzəkli düşmən
18:2323 sentyabr

Elektron siqaret, yaxud bəzəkli düşmən

Siqaretdən asılılığı azaltmaq üçün elektron siqareti çıxış yolu kimi görənlərin arzusu reallığı əks etdirmir. Elektron siqaretin zərərləri baxımından adi siqaretdən geri qalmadığı təsdiqini tapır. Xüsusilə son günlər Dünya Səhiyyə Təşkilatı elektron siqaretin zərərləri ilə bağlı müxtəlif

Plastik qablar insan orqanizminə  nə dərəcədə təsir göstərir?
13:2530 may

Plastik qablar insan orqanizminə nə dərəcədə təsir göstərir?

Plastik əşyaların zərəri daim müzakirə edilən mövzulardan biridir. İnsan orqanizminə, ümumilikdə təbiətə zərər verən bu məhsulların istehsalına və istifadəsinə artıq bir çox ölkələrdə qadağa qoyulub. Bəs görəsən, sözügedən maddədən hazırlanan sintetik məhsullar insan orqanizminə nə dərəcədə təsir