İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Milli Məclis Sədrinin müavinindən Sumqayıtda bağlı maraqlı paylaşım

Milli Məclis Sədrinin müavinindən Sumqayıtda bağlı maraqlı paylaşım


Milli Məclis Sədrinin müavini Bahar Muradova facebook səhifəsində Sumqayıtlıları təbrik edib, şəhərlə bağlı yazdığı şeri paylaşıb. “168 saat” millət vəkilinin təbrik paylaşımını təqdim edir:

"Əziz Sumqayıtlılar !

Sizin hamınızı doğma şəhərinizin 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sevincinizi bölüşür, gələcəyinizlə bağlı arzularınızın və xəyallarınızın Sumqayıtın bu günü kimi real və cin olmasını arzulayıram.


BAYRAMINIZ MÜBARƏK OLSUN!!!

Sumqayıtın Adamları…

Bu şəhərin gecələri,

Gündüzü ilə yarışıbdır.

Həyat üçün doğan günəş,

Nur selinə qarışıbdır.

Bu xoş günün təməlində,

Xalqımızın əzmi durur.

Sumqayıtı quranların,

Bu yurd üçün yananların,

Sözü ilə əməlinin

Vəhdətini qananların

Özü durur, sözü durur.

Səhərlərlə bir oyanır,

Bu şəhərin insanları.

Gecəsi ilə gündüzünü

Bir-birinə qatanları.

Tənbəlliyi, yorğunluğu,

Yarı yolda atanları.

Nurlu sabah xatirinə

Ay-ulduza çatanları,

Bu torpağın adamları.

Sevmir onlar

Aydınlığı qaranlığa satanları.

Öz namını başqasından

Daha üstün tutanları.

Sapı bizdən, özü bezdən

Səhər tezdən axşamadək

Taqqıldayan "baltaları"…

Sevmir onlar.

Ay nurunu, doğan günü

Daldalara dəyişəni,

Düzlə-düzü, sözlə-sözü

qovğalara,

Düyüsünü düz boşqabda

dovğalara dəyişəni.

Düşməninə qahmar çıxıb

Dostları ilə əyişəni…

Gözəl söhbət, xoş məsləhət

Doğru sözlə, düz nəsihət

Əvəzinə qeybətə yön verənləri

Dürüstə yox, əyriyə ön verənləri

Mənəviyyat güzgüsünə

Sığışmayan "gödənləri"

Sevmir onlar…

Amma, ancaq, birdə, lakin

Bir nemətdir onlar üçün.

Bu gününə söykək duran

Sumqayıtın ötənləri.

Ən müqəddəs amal üçün,

Ömrü sona yetənləri.

Bu torpağın hər qarışı,

Həm baharı, həm də qışı.

Bilsən necə əziz ona.

Sevir onu yana-yana,

Sevir onu qana-qana.


Bahar MURADOVA

19.11.2019


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?
15:4912 sentyabr

Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
11:4110 avqust

Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.