İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sağlam həyat bəxş edən neyro-cərrah - SUMQAYITLI JURNALİST TƏŞƏKKÜR EDİR

Sağlam həyat bəxş edən neyro-cərrah - SUMQAYITLI JURNALİST TƏŞƏKKÜR EDİR

  İnsanın sağlamlığı vacib və əsas amillərdən biridir. Sağlam insan nailiyyətləri, ixtiraları ilə  cəmiyyəti irəli aparan əvəzsiz varlıqdır. Bu varlığı müxtəlif xəstəliklərdən xilas edən, onun daha çox yaşaması üçün şəfalı əllərini əsirgəməyən “ağ xalatlı mələklər” ən böyük hörmətə layiqdirlər. 

   Həyəcanlı dəqiqələrdə etibarlı əllərdən imdad diləyən xəstələr şəfa ocağına inam və böyük ümidlə gəlirlər. Bu günlərdə yüngül beyin insultu keçirmiş həyat yoldaşımın ömrünə yeni ömür qatan, onun həyatını xilas edən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahı Emil İsmayılov bizim də ümidlərimizi qırmadı. Müqəddəs həkimlik sənətində dərin savadı, bilik və bacarığı ilə tanınan,  zəngin mənəviyyat və böyük təcrübəyə malik Emil İsmayılovun xəstələrinin dilindən onun haqqında yalnız xoş sözlər eşitdim. İnsanların həyatını xilas edən neyrocərrahdan razılıq edənlərə qoşulur və ömür-gün yoldaşımı yenidən mənə qovuşdurduğuna görə xilaskar həkimə dərin təşəkkürümü bildirirəm. Xəstələrinin, həmçinin onların yaxınlarının təşəkkürü həkimlərin ən böyük mükafatıdır. Öz vəzifəsini şərəflə yerinə yetirən, Hippokrat andına sadiq qalan tibb işçisinin işinə məsuliyyətlə yanaşması, xəstələrin ağrısını, acısını özününkü bilib əlindən gələni əsirgəməməsi onun məhz xeyirxahlıq üçün yarandığını sübut edir. Həqiqətən, insan sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək böyük və xeyirxah işdir.

   Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahı Emil İsmayılova, həmçinin xəstəxananın baş həkimi Rauf Sadıxova, nevrologiya şöbəsinin müdiri Emin Yaqubova minnətdaqlığımı bildirir və müqəddəs sənət yollarında uğurlar diləyirəm.


RƏNA TƏBƏSSÜM
 AJB-nin üzvü

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?
17:2005 iyul

Tibbi müayinədə hansı tip şüalanmadan narahat olmalıyıq?

İlqar Hüseynov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi və hərbi-tibb fakültələrində təhsil alıb, tibb ximəti zabiti - hərbi həkim olaraq ümumi cərrah kimi Silahlı Qüvvələrin müalicə müəssisələrində xidmət edib, daha sonra isə bir

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sənəti ilə Sumqayıtda ucalan həkim
11:0119 mart

Sənəti ilə Sumqayıtda ucalan həkim