İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Yenilənəcək parlamentdən gözləntilər

Yenilənəcək parlamentdən gözləntilər

2018-ci il prezident seçkilərindən sonra başlanmış islahatyönümlü addımların nə qədər intensiv və ekstensiv şəkil alacağı ilə bağlı ictimai müzakirələrə rast gəlinirdi. Sonrakı mərhələdə aydın olacaqdı ki, əslində ölkə yeni reform paketi ilə yeni mərhələyə keçid edir.

İlin əvvəlində qəbul edilmiş sosial paketlər 4 milyondan çox vətəndaşı əhatə etdi. Ardınca islahatların institutsional mərhələsi önə çıxdı. Struktur islahatları idarəetmənin mobilləşdirilməsi, yeni dövrün tələblərinə uyğun optimallaşdırılması ilə xarakterizə olunurdu. Bir sıra qurumlar ləğv edildi, bəziləri birləşdirildi, bəzilərində isə daxili struktur dəyişiklikləri həyata keçirildi.

Dövlət başçısının hələ ilin əvvəlində hökümətin ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında"...görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib" açıqlaması mühüm tezisin bir elementi idi və növbəti addımların nədən ibarət olacağını ifadə edirdi.

Qısa zamanda bütün institutsional resursların Prezident İlham Əliyevin "dizayn verdiyi" yeni iqtisadi modelə uyğunlaşdırılmasına başlanıldı. Heç də təsadüfi deyildi ki, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə Avstriya, Belçika və Danimarka kimi yüksək dövlətçilik və idarəçilik təcrübəsi olan ölkələri geridə qoydu və 12-ci yerdə qərarlaşdı.

Yeni struktura və yeni çağırışlara adekvat komandanın olması da yeni çağırış idi. Və dövlət başçısının islahatların növbəti mərhələsində müraciət etdiyi kadr islahatları da məhz bu çağırışdan irəli gəlirdi.

Prezident oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə kadr dəyişikliklərinin davam edəcəyini açıq mətnlə anons etdi: "Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük".

İslahatların dönməz, ardıcıl və məqsədyönlü xarakter daşıdığı aydın görünür. Yəni dəyişikliklər mexaniki və ya görüntü xarakterli deyil, yeni dövrün çağırışlarına, mobil idarəçiliyə və qarşıya qoyulmuş hədəfə - davamlı inkişafa nail olunması məqsədinə uyğundur.

Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə dövlətimizin başısı aparılan islahatların şərhi üzərində xüsusi olaraq dayandı.

"İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır", - deyə ölkə başçısı qeyd etdi.

Dövlət başçısı kadr islahatlarının zəruriliyini və bundan sonra da davam edəcəyini birmənalı şəkildə ifadə etdi. Eyni zamanda, bu islahatların heç vaxt milli dəyərlərimizlə ziddiyyət təşkil etməyəcəyini vurğuladı: "Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. 

İndi bəziləri istəyirlər kibizim lüğətimizdən "ağsaqqal", "ağbirçəksözləri çıxsınnecə kibəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlirSonra da bizə deyirlər kigəlin bizə inteqrasiya edinMən bir dəfə demişəmhələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim kibiz haraya inteqrasiya etməliyikböhranaHaraya inteqrasiya etməliyik, "Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyikqadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəmBiz qətiyyən oraya inteqrasiya etməyəcəyikOna görə Azərbaycanda yaşlı nəsilgənc nəsil bir yerdə olmalıdırnecə kiali məktəblərdə. Baxınindi Bakı Dövlət Universitetində minlərlə gənc varmüəllim varMüəllimlər biliklərini bölüşürlərgənclər öyrənirlərsabah onların yerini tutacaqlarBelə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdırAncaq bukampaniyaya çevrilməməlidir".

Nəhayət, üçüncü mərhələ!

Qanunverici orqanın da idarəetmənin digər qanadlarına adekvat olması, islahatlarla ayaqlaşması dəyişikliklərin keyfiyyətinə olduqca mühüm təsir edə bilərYAPn Siyasi Şurasının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü məhz keyfiyyət dəyişikliyinə nail olmaqislahatlara dəstək səciyyəlidir. İslahatçı, təşəbbüskar parlamentin formalaşdırılması islahat dalğasını gücləndirə, ona yeni rənglər və istiqamətlər gətirə bilər.

Aydın görünür kidövlət başçısının başladığı islahatlar dönməz və məqsədyönlüdür və əsas məram hakimiyyətin bütün qollarını bu prosesə qoşmaqbütün resurslardan səmərəli istifadə etməkmövcud potensialı tam realizə etməkdir. Şübhəsiz kihakimiyyətin bütün qollarının novatorluğuyenilikçi təşəbbüskarlığı və şəffaflığı həm idaəretməni sadələşdirə, həm də yeni inkişafa davamlı xarakter qazandıra bilər.

YAP Siyasi Şurasının son toplantısında YAP və Siyasi Şura vətəndaş mövqeyinimilli maraqlarındövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini nəzərə alaraq parlamentdə YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə edib.

Milli Məclisin yenilənməsinin hansı zərurətdən doğduğunu tezisləşdirsək:

- İslahatlara adekvat qanunvericilik bazası yaratmağa imkan verən parlamentin formalaşmasına ehtiyac duyulur;

- İslahatçı, təşəbbüskar parlament başlanmış islahat prosesinə töhfə verməliislahat dalğasına qoşulmalıdır;

Dövlət vətəndaş iştirakçılığınınvətəndaş fəallığının və ictimai nəzarətin gücləndirilməsində maraqlıdırMilli Məclisin bu yöndə də mütləq funksionallığı təmin olunmalıdır.

Beləliklə, görünən odur kiislahatlar şaxələndirilərək hakimiyyətin bütün qollarına doğru genişləndirilmiş şəkil alırVə ələlxüsusbuyalnız forma dəyişiklikləri deyilməzmun və keyfiyyət yeniliyidirBütün dəyişikliklər isə bir məqsədə fokuslanıbAzərbaycan vətəndaşının rifahının yüksək səviyyədə təmin olunması!

Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Prezidentdən 3 mühüm mesaj
16:2528 oktyabr

Prezidentdən 3 mühüm mesaj

Azərbaycanda aparılan islahatlar çoxspektrli xarakter daşıyır. Bunu yalnız yerli təhlilçilər yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər. Hətta neytral və opponentliyi ilə seçilən ekspertlər də hesab edir ki, xüsusilə 2019 bu baxımdan yaddaqalan il kimi qiymətləndirilə

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Maliyyə sahəsində islahatlar gözləniləndirmi?
14:1303 iyul

Maliyyə sahəsində islahatlar gözləniləndirmi?

Dünyanın dörd bir yanında baş verən siyasi kataklizmlər bütün dövlətləri öz idarəetmə modellərini yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusilə cənub və Şərq yarımkürəsi, şimalda isə Rusiya yeni siyasi çağırışlardan qayğılanır.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli