İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir



Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.
İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Armen Simonyanın Fəxri Xiyaban haqda səsləndirdiyi təxribat xarakterli fikrə cavab verib.
Qeyd edək ki, iclasda Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan çıxışı zamanı bildirib: "Səfər proqramına Fəxri Xiyabana ziyarət niyə daxil edilməli idi?! Yerevanda keçirilən 13-cü konfransda siyasi məqsədlər güdülməmişdi. Hesab edirik ki, belə platformaların proqramlara salınması qəbuledilməzdir".
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Armen Simonyanın təxribat xarakterli fikirlərinə cavab verib:
"Mən öz tərəfimdən mədəni hissənin təşkilinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir. Burada TRACECA-nın mövcudluğu sərgiləndi. Səfər proqramı qəbul edilən zaman o insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Sizin paytaxtınızda faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin, yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək".

Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:1410 dekabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan çıxış edərək TRACECA layihəsinin effektsiz olduğunu dilə gətirəndən, habelə konfrans iştirakçılarının Fəxri Xiyabanı - Heydər Əliyevin məzarını ziyarət etməsini

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?
18:0408 may

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu,

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür