İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik əməkdaşları vətəndaş Əliyev Tariyel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən "Misiroğlu" heyvan kəsim məntəqəsinə baxış keçiriblər. Heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:1410 dekabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan çıxış edərək TRACECA layihəsinin effektsiz olduğunu dilə gətirəndən, habelə konfrans iştirakçılarının Fəxri Xiyabanı - Heydər Əliyevin məzarını ziyarət etməsini

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda ticarət mərkəzində mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb
13:1026 oktyabr

Sumqayıtda ticarət mərkəzində mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb

Qida Təhlükəsizliyi Agentliyinin 1003-Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus “Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Ordubad” supermarketində monitorinq keçirilib.

Azərbaycanda meyvə-tərəvəz yeyənlərin   sayı artıb
17:1704 oktyabr

Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb

Azərbaycanda əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yeri süd və süd məhsulları tutur.