İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Rəqəmlər

Rəqəmlər


Son illər ərzində Sumqayıtda 60-dan çox küçə əsaslı təmir olunub, 10 mikrorayon, 17 məhəllədaxili ərazilərə, Hacı Zeynalabdin, Corat qəsəbələrinə, Sumqayıt Stansiyası, Ceyranbatan, Novxanı və Corat bağları yaşayış massivlərinə yeni asfalt döşənib.

Şəhərin mərkəzi küçələrində asfalt salınmamış yerlər qalmamışdır. Ümumilikdə şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənmişdir.

1361 yaşayış binasından 950-sinin dam örtüyü dəyişilib, 250 binanın fasadı isə yenidən qurularaq təmir olunub. Şəhərdə mövcud 594 liftdən istismar müddətini ötmüş 400-dən çox lift yenisi ilə əvəz edilib.

Yaşayış fonduna daxil olan binaların 800-nün zirzəmisi çirkab sularından təmizlənib, kommunikasiya xətləri dəyişdirilib, dezinfeksiya edilib, yaşayış binalarında 3200 giriş və pilləkən qəfəsləri təmir olunub. 70 nümunəvi məhəllə yaradılıb, şəhər ərazisində 500 mindən çox ağac, milyondan artıq gül və kollar əkilib. Küçə işıqlandırılması şəhərin 80 faizini əhatə edir. 

Mövcud uşaq bağçalarından 48-də təmir işləri aparılıb, dam örtükləri yenilənib, istilik sistemi bərpa olunub. Məktəblərdə əsaslı və cari təmir işləri aparılıb, istilik sistemi bərpa edilib. 9 nömrəli tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. 

Səhiyyə ocaqlarının 11-i əsaslı və 3-ü cari təmir olunub. 2 saylı Şəhər Xəstəxanası sökülərək yerində yeni müasir xəstəxananın tikintisi ilə əlaqədar müvafiq işlər aparılır. 


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha