İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Kimdir Njde?

Kimdir Njde?


Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin  əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin törədicilərindən xəbərimiz olmayıb.Bütün toy məclislərimizdə, şənliklərimizdə, Qardaş olub "Hayestan Azərbaycan" mahnisini həvəslə oxuyurduq. Haqqı haqsızlığa çevirənlərə qarşı etiraz səsini ucaldan azərbaycanlıları "milli ədavəti qızışdırır" damğası ilə aradan götürürdülər.Ona görə də hamı qorxusundan çıqqırını da çıxara bilmirdi.

Bizim yaşlı adamlar erməni quldurlarını:  Qazar Stepanyansı (1905), 1918-ci ildə soyqırım törədənlər  Andranik, Dronun, Qareqin Njde barədə bir söz deyə bilmirdilər. Ona görə ki, Sovet hökümətinin rəhbərlərindən bir neçəsi millətçi ermənilər idilər. Bu il 2019-cu ilin oktyabr ayında Türkmənistan Respublikasının paytaxtı Aşqabad  şəhərində MDB dövlət başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında da möhtərəm prezidentimiz cənab İ.Əliyev bəyan etmişdi ki, bu gün erməni faşizmi dünya üçün, bəşəriyyət üçün böyük təhlükədir.

"Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik... Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hökümət faşist cəlladı və satqını Qareqin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Ter-Artunyana heykəl qoyub... 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyub. Təəssüf  ki, Ermənistanın yeni höküməti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdu".

Kimdir Qareqin Njde?

Elə bir başa deyərəm satqın, vətən xaini, faşist cəlladı.

Qareqin Ter-Artunyan 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur,   1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi  hərbi məktəbdə təhsil alır, sonra  Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya  (Qafqaza) silah almaq məqsədi ilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.

Birinci dünya müharibəsi başlayanda Rusiya imperiyasının  Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Dronun başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.

Daşnakların Türkiyəyə qarşı  vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculğu məsələləri ilə məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.

Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik  Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir.  Azərbaycan  Sovet Rusiyası tərəfindən işğal edildikdən  sonra, Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə Qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qareqin Njde özünü yaratdığı oyuncaq respublikanın "ali baş komandan"ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Njde öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsndə köməklik etmək niyyətində idi. ABŞ-da Njde "Tseqakron" hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro ilə (Drastmat  Kanayan ) birlikdə Vermaxt  nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı  "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi  Qafqazdakı və Türkiyədəki erməni  əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu  Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır  və sovet generalı Tobluxinə məktubla müraciət edir.Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə  müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ   ordusuna istənilən yardımı edəcəyinə söz verir.Müharibənin sonuna yaxın isə İ.V.Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır: "Mən Vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim".pah atonnan satqınlığın dərəcəsinə baxe! Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.

İttiham aktından

Aşağıdakı mən Qareqin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı mayor Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır.

Bolqarıstanda yaşayarkən Ter- Arutunyan Daşnaksütunyun rəhbəri kimi, SSR-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941-ci ildə alman kəşfiyyatı ilə əlaqə yaradıb  və almanların göstərişi ilə Balkan  yarımadasında millətçilərin arasında agentura yaradılması ilə məşğul olub. Ter-Arutunyan almanların Berlində yaratdığı "Erməni Milli Şurasının" üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ -yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub.

Bu məlumatlar və bir sıra digər sənədlər arasında 2 noyabr 1944-cü ildə Qareqin Arutyunyan həbs edilərək istinaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Arutunyan 1908-ci ildən 1937-ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918-ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi  ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı qüvvələrinin komandanı, 1921-ci ildən baş naziri olaraq, Sovet ordusuna qarşı hərbi əməliyyatlar  aparmışdır. Onun əmri ilə bir sıra kommunist və Qırmızı Ordunun mənsubları həbs olunmuş və güllələnmişdir həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval ruhiyyəli fəhlə və kəndlilər  Tatev  qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə 360, 364-369) 1933-cü ildə müttəhim Ter-Arutunyan ABŞ-a yollayıb və orada daşnaq gənclər təşkilatı olan "Tseqakron" təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət etibarı ilə faşist təşkilatıdır.Müttəhim Ter-Arutunyan Sovet İtiffaqının barışmaz düşməni kimi, 1941-ci ildə özünün yaxın tanışı olan alman agenti Burev Semyon İvanoviçin  vasitəsilə alman kəşfiyyat və əkskəşfiyyat orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı  əsasında   Buxarest,Varna,Plovdiv,Sliven,Şumen şəhərlərində olub və burada SSRİ-yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara   təqdimatı ilə məşğul olub.Bundan sonra Arutunyan alman kəşfiyyatçısı mayor Drumyum göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur.Özünün köməkçisi olan Asatryan Qayk ("Smerş" tərəfindən həbs olunmuşdur)vastəsilə, Bolqarıstanda yaşayan 30 nəfər  ermənini Berlinə göndərmişdir,burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər,onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi,alman ordusunun Ermənistan sərhədlərinə  yaxınlaşacağı   təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. Qareqin Ter-Arutunyan Krıma  gələrək,yuxarıda göstərilmiş  kəşfiyyatçı-təxribatçıların qarşısında çıxış edərək onları almanların bütün göstərişlərini yerinə   yetirməyə  çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter-Arutunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı "Erməni  milli şurasının" tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ-yə qarşı mübarizədə yardım etmək və Ermənistanda  Almaniyanın protektaratı  ilə millətçi- burjua hökumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab  edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dimitriyeviçin, Pastandaryan Krikor Adranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyon Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyoniviçin ifadələri əsasında Ter-Arutunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR- in C.P.M. 200-cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR-nin DİN. Qoşunlarının hərbi prokuroru vasitəsilə  SSRİ Dövlət Təhlüksizliyi Nazirliyinin nəzdində, xüsusi məşvərətin dinləmələrinə göndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi 25 illik həbs cəzasını təklif etmək. İttiham aktı 10 mart 1948-ci ildə tərtib olunmuşdur.

Ermənistan SSR Dövlət Təhlükəsizlik  Nazirliyinin birinci idarəsinin üçüncü bölməsinin rəisi   mayor   Melkumyan: Rusiya Qareqin Njdenin nasist kollaborant və cinayətkar olduğunu etiraf edib.

Bu barədə Rusiyanın "Milli Müdafiə" ("Nasionalnaya Oborna")  jurnalında çap olunan Siyasi Tədqiqatlar İnstitutunun eksperti Pavel Severovun məqaləsində bildirilib.

Müəllif bu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqiçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı məruzəsinə toxunaraq bildirib ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə məlumatların olduğu Qareqin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb:

"Rusiya XİN öz məruzəsində bu fakları xatırlatmaqla Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını qınayıb. Rusiya xarici siyasət  idarəsi məruzədə həm də Ermənistanda son 20 ildə nasist kollaborantların qəhrəmanlaşdırılmasının dövlət siyasəti olduğunu  faktlarla göstərib" .

P.Severov qeyd edib ki, Rusiya  XİN bu qərarı Müdafiə Nazirliyinin məlum məsələ  ilə bağlı nəşrindən sonra verib: "Rusiya xüsusi xidmət orqanlarının Qareqin Njde ilə bağlı rəsmi münasibəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının ordu generalı Sergey Şoyqunun sədrliyi ilə nəşr edilən 12 cildlik ensiklopediyanın "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlı 6-cı cildində qeyd  olunub. Ensiklopediyada bildirilib ki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı,  "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. Əks-kəşfiyyat baş idarəsinin ("SMERŞ") əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb", - deyə Rusiya MN-in ensiklopediyasında yazılıb.

Müdafiə Nazirliyinin ensiklopediyasında Qareqin Njdenin nasist Almaniyanın gizli agentli olduğu, sadəcə, kəşfiyyat agentura işi üçün deyil, həm də Sovetlər İttifaqı ərazisində diversiya-terror aktları törətmək üçün böyük agentura şəbəkəsi yaratdığı da qeyd olunub. Onun satqın, Vətən xaini, faşist olmasını təsdiq edən sübutlara, sənədlərə, narazılıqlara, qınaqlara baxmayaraq işğalçı dövlətin başçısı bu cəlladın heykəlinin götürülməsi üçün hələ də susur.

Bu gün II dünya müharibəsinin əlilləri, müharibə veteranları, MDB-nin insanları qələbənin 75 illiyini həvəslə, intizamla qeyd etməyə hazırlaşdıqları halda, bəşəri bəla olan ermənilər vətən xaininə hələ də müsbət münasibəti öz gənclərinə aşılayırlar.


Əvəz Mahmud Lələdağ yazır

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

NÜVƏDİYƏ SON SƏFƏR
17:0121 avqust

NÜVƏDİYƏ SON SƏFƏR

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən