İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » "Azəriqaz" Yeni Sumqayıt Yaşayış Massivini niyə qazla təmin etmir?

"Azəriqaz" Yeni Sumqayıt Yaşayış Massivini niyə qazla təmin etmir?


“Azəriqaz” rəsmisi “168 saat”a cavab verdi

Yeni Sumqayıt Yaşayış Massivi hazırda Sumqayıtın yeganə qazlaşdırılmayan ərazisidir. Baxmayaraq ki, burada 600-dək ev var, ancaq bu evlər mərkəzləşdirilmiş qaydada qazla təmin olunmur. 

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, bu, "Azəriqaz"a aid olan məsələdir.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfər isə "168 saat"ın əməkdaşının sorğusuna cavabında bunları dedi:

- Bizdə bu barədə məlumat var. Əməkdaşlarımız həmin əraziyə baxış keçiriblər. Bizə bununla bağlı həm əhali, həm də yerli icra hakimiyyəti müraciət edib. "Azəriqaz" təklif hazırlayıb və müvafiq qurumlara təqdim edib. Gələn ilin dövlət investisiya proqramına salınacağı, büdcədən bunun üçün ayırmalar ediləcəyi halda ərazinin qazlaşdırılması həyata keçiriləcək. Təklif qəbul olunacağı halda, aprel ayından etibarən işlərə başlanıla bilər.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı
15:4315 avqust

50 il zəhər udan, italiyalıların "dərsini" verən sumqayıtlı kimyaçı

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir.