İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Robin Şarmanın uğura yönəldən 30 kəlamı

Robin Şarmanın uğura yönəldən 30 kəlamı



İndi isə vədimizə əməl edərək Robin Şarmanın kitablarından bəyənib seçdiyimiz bəzi fikirləri əziz oxucularımıza təqdim etmək istəyirik.

Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.


Robin Şarma yazır:

1. Ağıl - gözəl qulluqçu, ancaq bərbad ağadır.

2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.

3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.

4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.

5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.

6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!

7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan - emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.

8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.

9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.

10. Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.

11. Xoşbəxtlik gedib çıxacağın hansısa bir məkan deyil, bu, sənin özünün yaratdığın daxili haldır.

12. Nə qədər ki, düz hərəkət etdiyini bilirsən, qoy səni başqalarının fikri narahat etməsin.

13.       Biz hamımız bu dünyaya hansısa bir vacib səbəbə görə gəlmişik. Öz keçmişinin əsiri olma. Öz gələcəyinin memarı ol.

14. Olmağı arzuladığın insan olmaq heç vaxt gec deyil.

15. Ağrı - müəllimdir, uğursuzluqsa uğura gedən düzgün yol. Gitarada çalmağı öyrənmək əvvəlcə bir neçə falş akkordlar götürmədən mümkün deyil. Eləcə də yelkənli qayıq sürməyi öyrənməkçün mütləq qayığı bir neçə dəfə əyməlisən.

16. Bizim Yer kürəmizdə xaos yoxdur. Sizinlə baş verən hər bir şeyin özülü var, eləcə də hər bir baş verəcək şeyin. Başınıza nə gəlirsə, hər biri bir dərsdir. Odur ki, hər xürdalığı əhəmiyyətlilik ranqına qaldırmayın. Həyatdan həzz alın!

17. Heç kəs sizin icazəniz olmadan sizi incidə və təhqir edə bilməz. Harmoniyanın qızıl açarlarından biri qarşınızda baş verən hadisələrə sizin interpretasiyanızdır.

18. Hər şeyin öz səbəbi var. Hər şey hansısa məqsədçün baş verir və hər bir uğursuzluq özlüyündə bir dərsdir. Mən dərk etmişəm ki, həm şəxsi, həm peşəkar, və hətta, həm də mənəvi cəhətdən itkilərlə üzləşən insanlar öz şəxsiyyətlərinin üfüqlərini genişləndirmək bacarığına malikdirlər. İtkilər daxili inkişafa aparır və bol mənəvi zənginliklər gətirir. Heç vaxt keçmişiniz barədə təəssüflənməyin. Yaxşısı budur ki, ona yaxşı bir müəllim kimi yanaşın.

19. Ağır zamanlar güclü liderləri yaradırlar.

20. Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Gülüş bizim orqanizmimizdə bir çox faydalı elementləri aktivləşdirir. Gülüş həm də orqanizmi balanslaşdırılmış qaydaya qaytarır. Gülüş terapiyasından ən müxtəlif xəstəliklərin müalicəsi üçün müntəzəm istifadə olunur. Həm də o, həyat problemlərindən qoruyan möcüzəli dərmandır. 4 yaşlı uşaq orta hesabla gündə 500 dəfə gülür, böyük insan isə çətinliklə bunu 15 dəfə edir. Gülmək vərdişinizi geri qaytarın, sizin həyatınız daha canlı olacaq.

21. Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.

22. Tam yetkin şəxsiyyət olmağın əlaməti -  baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.

23. Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.

24. Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.

25. Möcüzəli anların qədrini bil, onlarda çim!

26. Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.

27. Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.

28. Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.

29. Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır. 

30. Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.


Rəy bildir +
Oxşar xəbərlər
Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

3 addım və 9 xüsusiyyət
17:4010 iyul

3 addım və 9 xüsusiyyət

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür. Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər